top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

OTAQQAYA, QANLI KARVAN VƏ BİR DƏ...



TANIŞLIQ: Şükürov Şahlar Əvəz oğlu 17 may 1952-ci il tarixində Kəlbəcərin Zülfüqarlı kəndində anadan olub. 1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib hərbi xidmətə gedib. Ordudan tərxis edildikdən sonra Ucar rayonu Daxili İşlər Şöbəsində çalışıb. 1986-cı ildə Rostov Ali Polis Akademiyasını bitirib. Zərdab rayonunda rəis müavini vəzifəsində çalışan Şahlar Şükürov mayor rütbəsi alıb. 11 iyul 1990-cı il tarixində Tərtər-Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanı Ağdərə ərazisində ermənilərin qəfil hücumuna məruz qalan zaman qeyri-bərabər döyüşdə qəhrəmanlıq nümayiş etdirərək, yüzlərlə xəstə, uşaq, qoca-qarı, bir sözlə Kəlbəcərin İstisu sanatoriyasına gedənlərin yüzdən artıq maşından ibarət karvanını erməni terrorundan xilas edərək həlak olub. Ailəli idi. İki övladı var. Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli, 264 nömrəli Fərmanı ilə polis mayoru Şükürov Şahlar Əvəz oğlu (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Kəlbəcər rayonunun Zülfüqarlı kəndində dəfn olunub. Zərdab rayonunda adına məktəb və küçə var.

***

-Allloo, redaksiyadı? -Bəli! -Zərdaba cavab verin. -Bəli, bəli, Kəlbəcər “Yenilik” qəzeti redaksiyasından Məhəmməd Nərimanoğlu eşidir! -Sizdən bir xahiş edim. Qəzetinizdə şəhidlərdən ma¬te¬ri¬al verirsiniz, köməyinizi əsirgəməyin. Bizə Şahlar Əvəz oğlu Şükürov haqqında fakt lazımdır. Eşitmisinizmi, Şahlara Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib?! -Bəli, eşitmişik. Amma başa düşmədim, Şahlar haqqında faktı neynirsiz?! Şahlar Kəlbəcərin şəhididir. Burda doğulub boya-başa çatıb. Burda da... Bu telefon söhbəti 1992-ci ilin noyabr ayında oldu. Bu o vaxtlar idi ki, Azərbaycanımızın aranı da, dağı da qan dəryasında boğulurdu. Nəinki Qarabağda, Azərbaycanın Ermənistanla həmsərhəd rayonlarında vəziyyət olduqca gərgin idi. Zərdabdan zəng vurub Şahlar haqqında material istəyən həmkarıma göndərdiyim materialın gedib çatmasına isə o qədər də güman yox idi. Çünki Kəlbəcərin aran ellərlə əlaqəsi yaxşı deyildi. Qanımız bahasına açdığımız Tərtər-Kəlbəcər ma¬gistral yolunda yenə tez-tez təxribatlar törədilir, qanlar axıdılırdı. Ona görə də mən Zərdaba göndərdiyim materialı – 1990-cı ilin 11 iyul tarixində Otaqqayada olan o qanlı əməliyyat zamanı karvanımızın qana bələnməsi barədə yazımı bura əlavə edirəm. Karvan qana bələndi. -Nə vaxt, harada? -Oxuyun, yadda saxlayın: 11 iyul 1990-cı il, Otaqqaya.

***

Kəlbəcərin Ermənistanla sərhədləri boyunca silahlı erməni quldurları özlərinin bədnam niyyətlərini açıq-açığına həyata keçirməyə başladılar. Bir mərkəzdən idarə olunan növbəti qanlı əməliyyatlar Kəlbəcərin Böyük Alagöllər, Söyüdlü, Dikyurd yaylaqlarında da eyni vaxtda başladı. Dikyurddakı bir saatadək davam edən atışmanın səsi nəinki Kəlbəcərin mərkəzində eşidilir və körpələri vahiməyə salırdı. Bəlkə də bütün Azərbaycan lərzəyə gəlmişdi. Ağdərənin ərazisində, Otaqqaya adlanan yerdəki güllə-baran isə bu “əməliyyatların” ən dəhşətlisi oldu. Asfalt yol ermənilər tərəfindən əvvəlcədən minalanmışdı. Bolqarıstanda istehsal olunmuş radio-rabitə qurğuları ilə quldurlar bir-birinə xəbər vermişdilər ki, Yevlaxdan, Bərdədən, Tərtərdən və haralardan... Kəlbəcərə gedən maşın karvanı saat neçədə, harada dayandırılacaq. Məqsəd aydın idi: yol kəsilsin, karvanın qabağı dayandırıldıqdan sonra Otaqqayaya qoyulmuş partlayıcı maddə partladılmaqla, bütünlüklə karvan məhv edilsin. Amma karvanın önündə vaxtı bir az qabaqlayıb irəliləyən “UAZ”la “NİVA” quldurların planlarını alt-üst elədi. Ona görə də bir neçə istiqamətdən bu maşınlar hədəfə alındılar. Yaralı sürücü “NİVA” maşınını saxlamadığı üçün yol kəsilmədi... O maşındakılar Kəlbəcərin Zülfüqarlı kəndində dünyaya gəlmiş, sonradan bütün Azərbaycanın oğlu kimi sevilən, Zərdab rayon DİŞ-nin rəis müavini, polis (milis) mayoru Şahlar Əvəz oğlu Şükürov və Dədə Şəmşirin qaragöz balası Çimnaz xanım idi. Karvanı salamat keçirmək üçün avtobuslara dörd əsgər də götürmüşdülər. Avtobusun birinin sağ yanındakı pəncərədən keçən gülə əsgərin birini yerə sərdi. Bundan sonra müşayiətçi əsgərlər atəş açmağa başladılar. O gün Şahlar və Çimnazla birlikdə uzaq Rusiyanın Kemerov şəhərindən olan sıravi əsgər Sergey Mezentsev də şəhid oldu. Mən o qanlı əməliyyatın çox qısa tarixçəsini danışdım sizə. O əməliyyatın ki, orada Şahlar olub. O əməliyyat ki, onda Şahların balaları ata yolu gözləyiblər. Ataları gəlməyinə gə¬lib, lakin onları qucağına alıb oxşaya bilməyib. Atanı “oxşayıblar” və onu balalarından ayırıb, özündən və balalarından çox istədiyi Vətən torpağına tapşırıblar...

Ürəkdən gələn səslər, dağlardan qopan ahlar

Şahlar haqqında başladığım bu ağı üçün heç hələ atası Əvəz kişi ilə görüşməmiş bir dastanlıq söz ehtiyatım vardı. Kimi dindirirdim, bir dastan danışırdı onun mərdliyindən, səxavətindən, alicənablığından, təəssübkeşliyindən, insanpərvərliyindən, Ana yurdu Azərbaycanı varlığı qədər sevməyindən, yurdu qorumaq üçün bütün varlığıyla çalışmağından, hər şeyə hazır olmağından... Ona Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi məni də çox sevindirirdi. Fikrimin yolu elə uzanır, fərəhim elə baş aparır, xəyalım elə qanadlanırdı ki, dolaşır, çapalayırdım... Özü yetdi hayıma, ruhu danışdı mənimlə: “... Qoy bu qara şərin qara dumanı ayazısın Vətənimizin başı üstündən, onda yağılarla üzbəüz döyüşlərdə qəhrəmanlıq zirvəsinə ucalanlardan yazılan kitabda mənim də adımı çəkərsiz”... Bu, Şahların ruhunun pıçıldadığı son kəlmələr idi mənə. Gözümün qabağına Şahların dəfn mərasimi gəldi. Azərbaycan onu qəhrəman oğul kimi yola salırdı əbədiyyətə. Yox, deyəsən, deyə bilmədim, Şahlar xalqının qəhrəmanı kimi köçürdü ürəklərə!.. Dərdə dözməyənlər də vardı. Ürəyiyuxalar ağı deyirdilər. El şairi Əlqəmə Əmrahoğlu bayatı-ağı ilə yola salırdı elin igid, qəhrəman balasını: Yandı dağlar Şahlara, Göylər ağlar Şahlara! Qərənfil də, lala da Matəm saxlar Şahlara!

Bülbülü gül ağladı, Saranı sel ağladı. Çoxunu öz anası, Şahları el ağladı.

Bu dərd kitaba sığmaz, Bu söz hesaba sığmaz. Yağı bizə dağ çəkdi, Bu qan heç yana sığmaz! Şahlar qəfil vuruldu, Qanadları qırıldı. Dəlidağ nərə çəkdi, Hikkəsindən yarıldı! Qaraxançallı kəndindən el şairi Həsən Sarvan da üzünü matəmə yığışanlara tutmuşdu: Yağılar davanı aşkar etsəydi, Heç vaxt büdrəməzdi dizi Şahların! Üz-üzə durardı bir ordusuynan, Qolun burammazdı yüzü Şahların!

İblis toxum səpdi, şeytan cücərdi, Dinsiz haram yedi, zina becərdi. Mərd igid canını Vətənə verdi, Əbədi qalacaq izi Şahların!

Sarvanam, dünyada beş gün qonağam, Bəs niyə evimdə belə dustağam?! Bilin, unutmaram neçə ki sağam, Qəlbimdə yaşayır özü Şahların! Dağlar da dilə gəlmişdi. Amma sinəsi dağlı dağlardan gələn şəhid analarının fəryadı idi. Onları, sadəcə, mən qələmə alırdım: Xəyanətdən güllə dəydi Elin Şahlar balasına! Qızıl qanı qisas yazdı, Meşənin göy talasına!

Şəhid oldu Şəmşirqızı, Qara geydi telli sazı. Qan ağladı xoş avazı, Bu dağların nalasına!

Şahlarımız cəsur oldu, Doğulandan bu Vətənə! Bu xalq bala deməyibdi, Hər fağır, yoldan ötənə!

P.S.:Atam Məhəmməd Nərimanoğlu deyir ki, Şahlar haqqında yazısını yekunlaşdıranda quldur yuvasına dönən Ağdərənin son kəndləri yağılardan təmizlənir, Otaqqayadan keçən yolda gediş-gəliş bərpa olunur, hələlik, müvəqqəti də olsa, Kəlbəcərin Ağdamdan gələn və Ağdərədən keçən elektrik xətti bərpa edilirdi... Ey Vətən şəhidləri, dağ qartalları! Sizi nə tarix, nə ana yurdunuz, nə də özünüzdən sonra qalan ömrünüzü yaşadacaq balalarınız unutmayacaq. Qəhrəmanlıqlarınız haqqında, özünüzə layiq dastanlar yaranacaq!


コメント


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page