Orucov Nəcəf İsmayıl oğlu, 1967-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Zəylik kəndində anadan olmuşdur. 1985-ci ildə Zəylik kənd orta məktəbini əla qiymətlərlə bitirmiş və həmin ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. 1991-cı ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmiş və elektrik mühəndisi ixtisasına yiyələnmışdir.
N.İ.Orucov 1996-1998-ci illərdə Azərbay-can Elmi Tədqiqat Energetika və Enerjilayihə İnstitutunun dissertantı olmuşdur. 1998-cı ildə 05.14.02 “Elektrik stansiyaları (elektriki hissə), şəbəkələri, elektro-energetika sistemləri və onların idarə olunması” ixtisası üzrə “Süni qeyri -stasionar yerlə qapanmalar əsasında neytralı izolə olunmuş şəbəkələrdə izolyasiyanın sınaq üsullarının işlənməsi və tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Elmi rəhbəri Azərbaycan Respublikasının əməkdar elm xadimi, texniki elmləri doktoru, professor Orxan Səməd oğlu Məmmədyarov olmuşdur.
N.İ.Orucov dəfələrlə elektroenergetikanın problemlərinə həsr olunmuş Respublika elmi-texniki konfranslarında çıxış etmişdir.
N.İ.Orucovun 15-dən çox əsəri republikamızda və xarici ölkələrdə nəşr edilən elmi jurnallarda dərc olunmuşdur.
コメント