top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

Onu Həcc ziyarətinə gondərmək istiyən İcra Başçısına köçkün şairin cavabı


Şəhid atası, kəlbəcərli məcburi köçkün, şair Mirsəyyaf Zamanlı Kəlbəcər rayonun keçmiş İcra Başçısı Sahib Əkbərovun onu Məkkəyə Həcc ziyarətinə göndərmək təklifinə şeirlə cavab verib. Bu barədə televiziya verlişlərinin birində Respublikanın Əməkdar artisti Ağalar Bayramov öz çıxışlarının birində danışıb. Şair bu şeirində erməni tapdağı altında inildəyən Vətən torpağını Həccdən üstün tutaraq qibləgahının Qarabağ olduğunu bildirib. Şair, həm də sosial şəbəkələrin bəzi ağzıgöycəklərinə qaçqın və məcburi köçkünlərin hamısının ən başlıca istəklərinin doğma obalarına qayıtmaq olduğunu çatdırıb. Xatırladaq ki , Mirsəyyaf Zamanlı Kəlbəcər rayonundan məcburi köçkün düşərək müvəqqəti olaraq Bakı şəhəri, Qaraçuxur qəsəbəsində məskunlaşıb. Oğlu birinci Qarabağ savaşında itkin düşüb. Necə gedim ziyarətə dərgahına gələnmədim ilahi mənə yazsın qoy mələklər günahı qudrətinə diz çöküp yalvarıram sənə burdan qəmli qəmli dolaşdığım bu yeridə sən özünsən yaradan Tərtərimin sızıltısı onbir ildi məni didir Kəlbəcərın bulağları gözlərimdən axır gedir necə gedim ziyarətə erməniyə kəniz olub şaha xana baş əymiyən gözəllərim burda mənim öz yaxamdı öz əllarim necə gedim ziyarətə vətansizdə insan olan insan kimi yaşıyarmı diğənlərin nimdaşını geyirəm millətimə ağız büzüb əyənlərin yardımını yeyirəm necə gedim ziyarətə yurdsuzların ac qarnını doyurmamış yağılarnan haqq hesabı ayırmamış necə gedim ziyarətə şəhidlərin qayalarda qan izini yalasam ziyarətdi diyərəm çörçöp yığıb yurd yerində bircə ocağ qalasam ziyarətdi diyərəm göyçə gülü barmağlarda güllənsə göyçə gölü ürəklərdə dillənsə ziyarətdi diyərəm iz saldığın cığırlarda dizin dizin sürünsəm yurtdaş deyib haray çəkən o dağların dumanına bürünsəm ziyarətdi diyərəm ağdam mənim məşhədimdi mədinəmdi dəlidağ qubadlıdı məkkəm mənim kərbəlamdı qarabağ necəgedim ziyarətə yüzdən artığ yaşım olub onbir ildə iki əlim iki gözüm bir bəlalı başım olub onbir ildə necə gedim ziyarətə bu taleyi verirdinsə məni niyə yaratdın dərd üstünə dərd gətirib ürağimi qanatdın qudrətinə diz çöküb yalvarıram sənə burdan qəmli qəmli dolaşdığım bu yeridə axı sənsən yaradan eşit mənim fəryadımı naləmi onbir ildi yandırıram aləmi ürağimin sevincini itgin düşmüş balamı ver qudrətinlə xəlq etdiğin yamacımı talamı ver sultan bəyin qeyrətini qaytar mənə şəhid ruhun heyrətini qaytar mənə sən adilsən yaradansan bircə quşa döndər məni yoxdan varı yaradan sən qara bağa göndər məni kəlbəcərə göndər məni göndərməsən qara daşa döndər məni. Mirsəyyaf Zamanlı www.kalbajar.com #MirsəyyafZamanlı70 #Yubiley #Sentyabr28 #Kəlbəcərlişair #Kəlbəcər


Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page