Nəsib Nəbioğlu (Nəsib Nəbi oğlu Verdiyev) 1954-cü ilin may ayının 2-də Kəlbəcər rayonunun Çaykənd kəndində anadan olub.
1971-ci ildə Çaykənd orta məktəbini bitirib. 1973-1975-ci illərdə Baykonurda Sovet ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra 1975-1980 ci illərdə Bakıda M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı institutunda ali təhsil alıb.
1985-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat institutunu əla qiymətlərlə bitirib.
1985-ci ildə İnstitututunu bitirdikdən sonra SSRİ Dövlət Xarici turizm Komitəsinin Baş İdarəsində məsul vəzifələrdə çalışıb.
Rusiya və Azərbaycan yazıçılar birliklərinin üzvü, Azərbaycan yazışılar birliyinin Moskva bölməsinin katibidir.
”Ürəyim yurd yeridir" (1988), “Sizə sözüm var” (1994), “Dua edən bulaq” rus dilində (1996), “Bağışlamaz dağlar məni” (2004), “Nəğməkar əsgər” (2007), “Heç belə də kənd olar” (2011), “Ulduz nur saçırdı qayanın üstə" rus dilində (2014) şeir kitablarının müəllifidir.
M.Axundovun, S.Vurğunun, R.Rzanın, M.İbrahimovun, N.Rəfibəylinin, M.Arazın, Məmməd Aslan, T.Məliklinin, Aşıq Ələsgərin, Aşıq Şəmşirin eləcə də bir çox müasir şairlərimizin həyat və yaradıcılığına həsr edilmiş məqalələrin (rus dilində) müəllifidir.
V. Şukşinin,V. Rasputinin, A.Puşkinin, M.Lermontivun, S.Eseninin, N.Rubsovun bir sıra əsərlərini Azərbaycan dilinə tərcümə edib.
R.Rza və Y.Dolqoruki adına beynəlxalq mükafatları laureatıdır.
İyirmidən çox şeirinə müsiqi bəstələnib.
O, dünya azərbaycanlılarının həmrəylik himninin müəllifidir (musiqisi Asya Sultanovanındır).
Comments