Baxşəliyev Nəriman Sadıq oğlu 1956-cı ildə Kəlbəcərin Dəmirçi dam kəndində anadan olub. 1973-cü ildə Seyidlər kənd orta məktəbini bitirdikdən sonra N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub. İnstitutu bitirdikdən sonra, 1991-ci ildə Kiyev Dövlət Tibb Universitetində cərrahiyyə ixtisasına yiyələnib. Hazırda Abşeron rayon Səhiyyə İdarəsində baş həkimin müavini vəzifəsində çalışır. 1986-cı ildən jurnalistlik fəaliyyəti ilə də məşğuldur. «Yeni bəşər» qəzetinin redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, «Ömrün yetmişindən yüzünə doğru» kitabının müəllifidir.
Comments