top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

NƏCƏFOV MƏHƏMMƏD İSA OĞLU


Nəcəfov Məhəmməd İsa oğlu, 1939-cu ildə Kəlbəcər rayonunun Dalqılışdı kəndində anadan olmuşdur. O, 1944-cü ildə Kəlbəcər qəsəbə orta məktəbinə daxil olmuşdur. 1955-ci ildə həmin orta məktəbi əla qiymətlərlə qurtarmışdır. Orta təhsillə Kəlbəcər rayon istehsalat idarəsində kiçik iqtisadçı işləmişdir. Elə burada işlədiyi müddətdə o çox fəal olub, elmə böyük həvəs göstərərək təhsilini qiyabi almalı olur.

M.İ.Nəcəfov aspiranturaya girmək ərəfə-sində “Heyvandarlığın düzgün ixtisaslaşdırılması” mövzusunda referat işləmiş, orada kolxoz və sovxozlarda qoyunçuluğun ləğvi məsələsini qoymuş, ictimai təsərrüfatda qoyunçuluğun özünü doğrultmadığını sübut etmişdir. Rayon Kənd Təsərrüfatı Nazirliyindən gələn mütəxəssislərdən ibarət komissiya Nəcəfovun həmin işlərini əsas götürmüş, əksər təsərrüfatlarda qoyunçuluğu ləğv etmişdir. Şəxsi təsərrüfatlarda qoyunçuluğun inkişafına imkan yaranmışdı. Bu ona görə edildi ki, rayonun əksər kəndlərində örüş-otlaq qışlağı var idi. Deməli, ictimai təsərrüfatın özünü doğrultmadığını Məhəmməd müəllim hələ 1965-1966-cı illərdə görürdü. Həmin tədbirdən sonra rayonda əhalinin iqtisadi vəziyyəti xeyli yaxşılaşmışdı.

M.İ.Nəcəfov bu dövrdə özünün elmdən geri qaldığını hiss edirdi. Ona görə də o, 1967-ci ildə qiyabi olaraq Azərbaycan Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun aspiranturasına qəbul olunmaqla, Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim işləməyə başladı. O, aspiranturanı müvəffəqiyyətlə başa vurub, 1978-ci ildə “Mil-Qarabağ təbii iqtisadi zonasında əmək ehtiyatlarından istifadənin yaxşılaşdırılması” mövzusunda dissertasiya müdafiə edib, iqtisadi elmlər namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.


M.İ.Nəcəfov işlədiyi müddətdə pedoqoji işlə yanaşı elmi fəaliyyətini də davam etdirmişdir. Belə ki, o, 7 dərslik və dərs vəsaitinin yazılmasında iştirak etmiş, özü 35 çap vərəqi həcmində elmi əsər yazmış və nəşr etdirmişdir. Onun təşəbbüsü və elmi redaktorluğu ilə ilk dəfə Azərbaycan dilində “Ticarət ststistikası” adlı dərslik yazılmışdır. Bundan əlavə Məhəmməd müəllim 1967-ci ildən indiyə kimi 25.4 çap vərəqi həcmində elmi əsər yazıb, nəşr etdirmişdir.


Məhəmməd müəllim doğma Respublikamızda iqtisadi elmlərinin inkişafı və statistika işləri sahəsində səmərəli xidmətlərinə görə Respublika Kənd Təsərrüfatı Baş İdarələri və keçmiş SSRİ Ali Sovetinin Fəxri Fərmanlarına və təşəkkürlərinə layiq görülmüşdür.

Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page