top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

Nuridə Misir: ” Dağların o üzündə qalan, şəhərə ayaq aça bilməyən ilk sevgim”



Doğrusu onu çox gec tanıdım. Bir də gördüm ki, yaradıcılığı ilə yanaşı insanlara olan isti münasibəti ilə də diqqətimi çəkib. Özünəməxsus xarakteri, təbəssümü, danışıq tərzi var. Səsi də lirik şeir kimidir; sakit və pçıltılı. Kəlbəcər doğumlu, Kəlbəcər həsrətli şairə xanım Nuridə Misirlə yayın qızmarında həmsöhbət olduq. Hal-əhval tutdum, avqust ayının isti bir gününə söhbətimizlə bir sərinlik çilədik: – Nuridə xanım, necəsiz? – Salam Faiq müəllim, xoş gördük. – Bakının bu istisində ən çox haralar üçün darıxırsız? – Bu ilki istilər nəinki Bakıda, ölkənin hər yerində narahatçılığa səbəb oldusa da, yenə də qışın problemlərindən daha yaxşıdır, buna da şükür.. – Şairlər yazı, payızı sevər, siz qışa könül açdız.. – Qışda ən azından qazsız, işıqsız günlərin problemlərini yaşamırıq. Qaldı bu istilərdə harda olmaq istəyimə, deyim. Şəhərdə və rayon yerlərində dünyaya gələn insanların xasiyyəti də, anlayışı da, təfəkkürü də biri birinə bənzəmir. Dağlardan şəhərə düşən adam üçün çətin olur. -Deyəsən, şəhərli kəndli söhbəti salacaqsız, – deyə etdiyim zarafata ciddi cavab verdi, ötənlərə qayıtdı: – Zümrüd Kəlbəcərdə dünyaya göz açıb, uşaqlığımı, gəncliyimin bir hissəsini orada yaşasam da, taleh məni çox uzaqlara atdı. Moskvada yaşayarkən, oranın meşələrini, bulaqlarını sevdim. Qışda oranın havası Kəlbəcərin havasına bənzəyirdi; sakit, soyuq və küləksiz. Sonralar işlə əlaqədar Almanyada yaşamalı oldum. Dünyanin gözəl ölkələrindən biri olmasına baxmayaraq, mən oranı daha çox nəhəng, əzəmətli palidları ilə, bir tərəfi yaşıl mamır bağlamış fıstıq ağacları ilə, moruğu, qarağatı ilə sevdim. – Sanki Kəlbəcər meşələrindən bəhs edirsiz.. – Hə, baxın,oralar mənə öz meşələrimizi xatırladırdı. Neçə illərdi Bakıdayam. Yay aylarında Kəpəzə tətəf gedirəm, hər dəfə Toğana yoluna qoyulan kiçik lövhədə “Kəlbəcərə 83 km” yazısını oxuyanda qanım donur, havam çatmır. Kəpəzə baxıram, onun arxasımdakı Murov dağından sonra, Kəlbəcərə tərəf olan kənd üçün, bir də “Arxac təpə” deyilən qəbristanlıq üçün darıxıram, o kənd mənim doğulduğum, özümün bildiyim kənd idi… – Kəlbəcərsiz yazılan şeirlərinizin nəyi çatışmır? – Kəlbəcərsiz yazılan şeirlərimin Kəlbəcəri, dağ havası, saf, təmiz buz bulaqları çatışmır. Mən onları şeirlərimə gətirə bilsəm də, özümü oralara apara bilmədim. Bir şeirimdə dediyim kimi. Səbr elə, düzələr dedin, Səbir gətirə bilmədim. Kəlbəcərdən iki metr Qəbir gətirə bilmədim. Özüm gəldim Kəlbəcərsiz, Düşmən, sizi dərd dərəsiz. Kəlbəcəri ürəyimə Qoyub gətirə bilmədim.

– Dağlar dərdimin dağıdır Bu dərd dağlarla qarıdı, – deyirsiz. Sinənizdə dağa dönmüş dərdlər çoxdurmu, nədir sizin ürəyinizi dağlayanlar? – Dərdim məndən ayrılmadı, Faiq müəllim, elə o dağlarla birlikdə sinəmdə dağ olub dağlar kimi qarıdı, qocaldı. Soruşdunuz ürəyimi dağlayanlar nədir. Səsimin yetdiyi, əlimin catdığı hər dərdi də, sevinci də qəbul edirəm və hamı kimi qarşılayıram, amma erməni vandalizmi ilə, vəhşicəsinə dağılan atamın, anamın, bacımın məzarlarını və hər kəsin tapdalanmış ruhlarını qəbul edə bilmirəm. Hətta yaxınlarını itirənlərə təsəlli növü də tapmışam. Çox üzülməyin, deyirəm, şükr edin ki, onları ziyarət edə bilirsiniz. – Bir şeirinizdə “O sevgiyə qayıtmışam” deyirsiz. Hansı sevgidir axı o ilahi sevgi ki, sizi belə təşvişdə saxlayır? – Bu yaxınlarda Gədəbəyə dəvət olmuşdum. Dağları bizimkinə oxşamasa da havası eyni idi. Gədəbəyin də özünəməxsüs gözəl yerləri var. Mən yüksəklikdən aşağı-kəndə, çaya, qoyun-quzuya, biçilmiş ot vərinə baxanca , doğrudan da elə bildim zaman firlandı, elə bildim illərin o üzündəki o qayğısız qız oturmuşdu yerimdə. O şeir orda yarandı. – Sosial şəbəkədə paylaşdığınız şəkillərinizdən də məlum olur ki, tez-tez dağlara çəkilirsiz. Təbiətin bu sərt üzünü özündə əks etdirən ucalıqları şeirlərinizə hopdurursuz, hansı zərurətdən yaranır bu? – Təbiətlə təmasda olmaqdan çox mənə stimul verən heç nə yoxdur. “Sərt üz” dediyiniz o sərtlikdən aldığım qidanı heç nədən almıram. Görünür bu da dağlara həsrətlik zərurətindən yaranır. – Oğuldan-uşaqdan kiminiz var? – Bir oğlum, bir qızım var. Oğlum hüquqşünas olsa da, tam fərqli sahədə çalışır. Ailəlidir, 3 övladı var. Qizim da ailəlidir. Hindistanda Filmlər Universitetini bitirib. Rejissor və montajçıdır. – Nəvələriniz daha şirindir, yoxsa yazdıqlarınız? – Nəvələrim (gülür). Nəvələrimin yaradıcılığımdan sonra gəlmələrinə baxmayaraq, yaşam tərzimi, özləriylə gətirdiyi sevgini, məhəbbəti, həyata baxışımı düzənlədilər. – Yenə də keçək lirikaya, şeirlərinizdə isti bir sevgidən də bəhs olunur. Deyəsən yazdıqlarınız yaşantılarınızdır, sevgi szi tərk etmir. – Hər bir yaradıcı adamın içindəki “məndə” özü gizlənir, yazdığının çoxunda özünü görür. – Nuridə xanım, daha nələrdi sizin şair qəlbinizi özündən uzaq etməyən? – Dağların o üzündə qalan, şəhərə ayaq aça bilməyən ilk sevgim… və son sevgim… – Qız yaman kövrəldiniz… Hələlik söhbətimizi bitirək, sizi ilk və son sevginizin xatirələr yağışında islanmış halda qoyum… – Mənə ayırdığınız vaxta və mənim düşüncə tərzimə görə verdiyiniz suallar görə sizə minnətdaram, Faiq müəllim, var olun. Məni heç vaxt tərk etməyən xatirələrimin ağuşunda saxladız… 

Mustaqil.az (Faiq Balabəyli)

Commenti


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page