Nuridə Misir maraqlı şairədir. Şeir dili şirindir. Duyğu və düşüncələrini öz misralarında ustalıqla sərgiləyir. Şeir düşüncə tərzində Kəlbəcər özünü çox gözəl tapır. Belə ki, o, təhkiyədən bir az uzaq düşür və şeirləri qismən sərbəst üsluba uyğunlaşır. Nuridə Misir Kəlbəcərdə doğulub və elə orda da boya-başa çatıb. Kəlbəcərin saz, söz, şeir havası onun ilham mənbəyidir. Aşıq Şəmşir, Məmməd Aslan, Bəhmən Vətənoğlu və başqalarının şeirləri, həmçinin mükəmməl Kəlbəcər folkloru sanki Nuridənin yollarına işıq salıb. Saz, qoşma, təcnis ecazkarlığı onu şairə kimi yetişdirib. Bəzən Nuridə xanımın əsərlərində Kəlbəcər şeir intonasiyası yoxa çıxır, yeni bir xətt əmələ gəlir və bu xətdə Nuridə xanımın şairəlik səciyyəsi özünü bir daha təsdiqləyir.
Hozzászólások