top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

“Mənə ağıl öyrətmə, bundan sonra 40 il lazımdır ki, mənə məsləhət verəsən, yerini, həddini bil...”

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan keçmiş Baş prokuror və səfir Eldar Həsənovun növbəti məhkəmə prosesi keçirilib.


Məhkəmədə ifadə verən Eldar Həsənovun vəziyyəti qəfil pisləşib.

Müvazinətini itirərək yıxılan Həsənovu vəkillər tutub.

Qeyd edək ki, hələ məhkəmə iclasının əvvəlində Həsənov hakimlərdən xahiş edib ki, onun işinə həftədə bir dəfə baxılsın. Çünki, həftədə iki dəfə istintaq təcridxanasından məhkəməyə aparılıb-gətirilməsinə sağlıq durumu imkan vermir.

Həsənova verilən ittihamlardan biri səfir olduğu ölkələrdə səfirlik üçün binaların alınması prosesində milyonlarla büdcə vəsaitinin yeyintisilə bağlıdır.

Bu ittihama münasibət bildirən keçmiş səfir bildirib ki, binaların alınması, seçilməsi prosesinə səfirliyin aidiyyəti olmayıb:

“Bu işləri Bakıdan gələn komissiya həll edib. Komissiyanın sədri də Xarici İşlər nazirinin müavini olub. Belqradda 6 bina təklif olunmuşdu, gəlib özləri baxmışdılar, dördünü bəyənmişdilər. O 4 bina arasından necə seçim edilib, necə alınıb – mən o proseslərdə iştirak eləməmişəm. Aktda da nə mənim, nə də səfirlik əməkdaşlarının imzası var. Əmlak sahibi də ifadəsində təsdiqləyib ki, prosesdə mənim rolum olmayıb”.

Həsənovun sözlərinə görə, elə hallar olurdu ki, əmlak sahibi pulun bir hissəsini nağd şəkildə almaq istəyirdi: “Belqradda alınan binanın sahibi də ifadəsində etiraf edib ki, vergini çox ödəməmək üçün pulun bir hissəsini nağd alıb”.

Keçmiş səfir deyir ki, Monteneqrodakı binanın sahibi iki qardaş olub:

“Onlardan biri pulu nağd istəyib, digəri isə bank hesabına köçürülməsini tələb edib. Çox mötəbər şəxsin köməkçisilə əlaqə saxlayıb, məlumat verdim ki, belə bir problem var. Onlar problemi özləri həll elədilər. Qardaşın birinə pulu nağd ödədilər, o birinə köçürmə yolu ilə. Obyekt sahibi ifadəsində bildirib ki, binanı 3 milyona istədilər, vermədim. Bina 4 milyona alınıb. Əgər adam öz diliylə deyirsə ki, 3 milyona verməmişəm, müstəntiq 4 milyondan 1.4 milyon yeyintini necə çıxarıb? 24 il hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə işləmişəm, amma bu işdəki qədər saxtakarlığa rast gəlməmişəm…”

Bosniya və Herseqovinadakı səfirlik binası haqda danışan Həsənov bildirib ki, Sarayevo küçəsindəki evin alınmasıyla bağlı İqtisadiyyat Nazirliyinin rəhbərliyilə komissiya yaradılıb. Beş nəfərdən ibarət komissiya gəlib, seçim edib. O binanın da pulunun bir hissəsi nağd ödənilib:

“Bir hissəsini isə “Scana” şirkətinə köçürüblər. Bu şirkətin hesabı da Aşur adlı azərbaycanlının adına olub. Müstəntiq bunu araşdırmır ki, Böyük Britaniyada qeydiyyatdan keçmiş həmin ofşor şirkət kimin olub. Sahibi də bəllidir. Aşur isə ortada vasitəçidir, sadəcə, pul onun hesabına köçürülür. Ona da bu köçürməyə görə bir neçə yüz dollar pul verilir”. 50 cildlik iş materiallarında heç bir sübut, lazımi sənədlərin olmadığını deyən sabiq Baş prokurorun sözlərinə görə, ona humanitar layihələrlə bağlı da ittiham verilib. Amma səfir və səfirlik əməkdaşlarının həmin layihələrə, vəsaitin xərclənməsinə heç bir aidiyyəti olmayıb. “Bu qədər qanunsuzluq, qəddarlıq olarmı?! Mən dözməyə çalışıram, amma mənim yerimə fələk oğlu fələk də dözməz bu haqsızlıqlara. Mən hər kəsə sözümü çəkinmədən deyən insan olmuşam, kimsənin arxasınca danışmıram. Arzu edərdim ki, istintaqı aparan burada olsun, onun üzünə deyim bunları. Deyirlər ki, danışdıqların prokurorluğun adına xələl gətirir. Mən prokurorluğun yağ-bal içində olduğu vaxtda işləməmişəm, gülləbaran edildiyi, silahlı hücumlar olduğu vaxtda sinəmi qabağa vermişəm…”

Prokuror təqsirləndirilən şəxsin ittihamın mahiyyətindən kənara çıxdığını iddia edib: “Xahiş edirəm, ittihamın mahiyyətindən danışsın”.

Bu zaman dövlət ittihamçısıyla Həsənov arasında mübahisə yaranıb: “Mən elə ittihamdan danışıram. Mənə ağıl öyrətməyin. Bundan sonra 40 il lazımdır ki, mənə məsləhət verəsən, başa düşdün? Yerini, həddini bil…”

Bu mübahisədən az sonra Həsənovun durumu pisləşib və o, müvazinətini saxlaya bilməyib. Bu üzdən məhkəməyə təcili yardım çağrılıb. Bu iş üzrə növbəti məhkəmə iclası sentyabrın 17-nə təyin edilib. (Gununsesi.info)

Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page