top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

"Mənim sinif yoldaşım mənim müəllimim idi"-Mirvari VERDİYEVA yazır


Atam İdris Verdiyevi həmişə bacarıqlı müəllim kimi Kəlbəcərin ən geri qalmış kənd məktəbinə direktor göndərirdilər. Məktəbin yeni binasının tikilməsi, səkkizilik və ya orta məktəbə çevrilməsi üçün çox zəhmətlərə qatlaşırdı. Onun müxtəlif kəndlərdə işləməsi ailəmizin də həmin kəndlərdə yaşamasını zərurətə çevirirdi. Elə bu səbəbdən mən I sinfə Lev kənd orta məktəbində getməli oldum və sonra Şaplar kənd səkkizillik məktəbində oxudum. Nəhayət, atam bizim yüksək səviyyədə təhsil almağımız üçün kəndlərə məktəb direktoru getməkdən qəti imtina etdi və Kəlbəcər şəhərinə geri döndük. Mən şəhər 2 saylı orta məktəbin VI sinifində təhsil almağa başlayanda ingilis dili kitabını üzündən oxuya bilmirdim. Çünki əvvəlki ili Şaplar məktəbində oxuyarkən ingilis dili dərsi keçməmişdim deyə, hərfləri tanımırdım. Sinifimizdə Südabə Zamanova adlı qəşəng, mehriban bir qız vardı. Mən ondan xahiş etdim ki, həftədə iki dəfə sizə gəlsəm, mənə hərfləri öyrədərsənmi, anan sizə gəlməyimə razı olarmı? Südabə heç düşünmədən razılaşdı. Evlərimizin bir-birindən xeyli məsafədə aralı olmasına baxamayaraq mən həftədə iki gün eyni saatda Südabəgilə gedirdim. O mənə həm ingilis dilinin hərflərini öyrədir, həm də gündəlik dərsimi hazırlamağa kömək edirdi. Bəzən bir saat məşğul olurduq. Anası Zavıta xala dadlı xörəklərə, şirniyyata hər dəfə məni qonaq edərdi. Utanıb yemək istəməyəndə məni məcbur edirdi.


Bir ildən sonra məktəbimizdə riyaziyyat təmayüllü siniflər açıldı və mən sinfimi dəyişdim. Xoşbəxtlikdən Südabə də həmin sinfə keçdi və biz orta məktəbi bitirənə qədər birlikdə oxuduq. Məktəbi bitirəndə mən coğrafiyanı, Südabə filologiyanı seçdi və eyni ildə tələbə adını almalı olduq.

Kəlbəcər işğal olundu və bizim hər ikimizin də ailəsi Bakıda məskunlaşdı. Burda da Südabə müəllimə ilə yolumuz kəsişdi. Mən şagirdləri dərsdənkənar vaxtlarda inistituta qəbul imtahanına coğrafiya fənnindən hazırlaşdıranda, Südabə müəllimə ana dili və ədəbiyyatdan hazırlaşdırdı. Eşidəndə ki, mənim hazırlaşdırdığım şagird Südabə müəllimdən dərs alır, çox sevinirdim. Bilirdim ki, şagirdim mütləq instituta qəbul olacaq. Hər ikimiz çoxlu sayda qaçqın-köçkün uşaqlarını pulsuz hazırlaşdırmışıq. Bu bizim üçün bir təsəlli olurdu.

Mən onu bu gün də bacım qədər sevirəm və bir müəllim kimi fəaliyyətini yüksək qiymətləndirirəm. Əzizim Südabə, ad günün mabarək!

Mirvari Verdiyeva

ADPU-nun İqtisadi coğrafiya və CTM kafedrasının dosenti, fəlsəfə doktoru

Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page