Kəlbəcər rayonunun şərq sərhəddi olan Bakı-İstisu yolunun keçdiyi, iki yerə bölünmüş qranit bir qaya var. 20 metr hündürlüyündə olan bu qayanın üstündə, Bakıya doğru istiqamətdə qayaya “Rayonumuza xoş gəlmisiniz” sözləri yazılaraq həkk edilmişdir. Bu təbii “darvazaya” bəzən “Kəlbəcərin şərq qapısı”da deyirdilər. Bu təbii qapı buradan başlanan Kəlbəcərin birinci və ya burada sonuncu kəndi olan Bağlıpəyəyə açılır.
Məmmədov Rauf Qəzənfər oğlu, 29 oktyabr 1952-ci ildə Bağlıpəyə kəndində anadan olmuşdur. Atasının ziyalı olmasına baxmayaraq ailə vəziyyətinə görə o, orta təhsilini Tərtər rayonunda başa vurmuşdur. 1969-cu ildə Bakıya gəlib Azərbaycan Xalq Təsərrüfatı İnistitutunun uçot-iqtisad fakültəsinə daxil olmuş, 1974-cü ildə həmin fakültəni əla qiymətlərlə bitirib, “iqtisadçı-mühəndis” ixtisasına yiyələnmişdir.
R.Q.Məmmədov 1977-ci ilə qədər təyinatı üzrə Azərbaycan Respublikası Statistika idarəsində mühəndis vəzifəsində işləmişdir. O, həm də 1975-1976-cı illərdə öz hərbi xidməti borcunu yerinə yetirmiş, ordudan zabit kimi qayıtmışdır.
R.Q.Məmmədov 1981-ci ildə Daxili işlər orqanlarına polis zabiti kimi irəli çəkilmişdir. Onu elmin yüksək zirvələrinə qalxmaq həvəsi bir an rahat buraxmamışdır. Ona görə də bu həvəs onu 1981-ci ildə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutuna gətirdi. Burada kiçik elmi işçi işləyən R.Q.Məmmədov 1982-ci ildə həmin İnstitutun əyani aspiranturasına daxil olub, 1985-ci ildə aspiranturanı müvəfəqiyyətlə başa vurmuşdur və ixtisasına aid bir neçə mövzularda elmi məqalə yazıb çap etdirmişdir.
R.Q.Məmmədov aspirantura müddətində Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü professor C.E.Allahverdiyevin rəhbərliyi altında alimlik dərəcəsi almaq üçün dissertasiya mövzusu üzərində işləmişdir. O, çox gərgin əmək nəticəsində “Rayon aqrar-sənaye kompleksinin inkişafının planlaşdırılmasının və proqnozlaşdırılmasının iqtisadi-riyazi modelləşdirilməsi” (Azərbaycan Respublikası Mirbəşir RASB-nın müəssisələrinin timsalında) mövzusunda dissertasiya yazmışdır.
R.Q.Məmmədovun dissertasiya müdafiəsi 3iyul 1987-ci il tarixdə Azərbaycan Respublikası Elmlər Akademiyası Kibernetika İnstitutunun xüsusi elmi şurasında keçirilmişdir. Dissertasiyanın xüsusi opponnentləri- iqtisad elmləri doktoru, professor V.İ.Kiselyev və iqtisad elmləri namizədi A.A.Həsənov tərəfindən yüksək qiymətləndirilmişdir, eyni zamanda bir neçə elmi təşkilatlar müsbət rəylər vermişdir. Gizli səsvermə zamanı 12 nəfər Şura üzvlərinin hamısı yekdilliklə lehinə səs vermişlər.
1991-ci ilə qədər elmi işçi işləyən Rauf Məmmədov 12 elmi əsər yazmış və çap etdirmişdir. O harada işləyirsə işləsin, orada üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş və kollektivin hörmətini qazanmışdır.
R.Q.Məmmədov indi də Respublikamızda cinayətkarlığa qarşı mübarizənin ön sırasında fəaliyyət göstərir. Onun ən böyük arzusu Kəlbəcərin azad olunmasıdır.
Atası Məmmədov Qəzənfər Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının baytarlıq fakültəsini qutarmışdır. Uzun illər Kəlbəcər rayonunda Baytarlıq idarəsinə başçılıq etmişdir. İndi təqaüddədir.
Rauf Məmmədov evlidir.
Comments