Oktyabrın 26-dan 27-si səhərədək Azərbaycan ərazisində hava şəraiti kəskin dəyişib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv və güclü olub, dağlıq ərazilərdə yağan qar nəticəsində qar örtüyü əmələ gəlib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Koordinat.az-a verilən məlumata görə, leysan yağışlarla əlaqədar çaylarda (Naxçıvançay, Zəyəmçay, Çaykənd, Qoşqarçay, Vəlvələçay-Təngialtı) sululuq artıb. Ən çox yağıntı Naxcıvan Muxtar Respublikasına düşüb. Ərəfsədə (Culfa) 70 mm (aylıq normanın 367%-i), Nülgütdə (Ordubad) 65 mm (aylıq normanın 238 %-i) qeydə alınıb. Ağdərədə 26 mm, Şahbuzda 12 mm, Şərurda isə 9 mm olub. Böyük və Kiçik Qafqaz dağlarına isə qar yağıb. Qar örtüyünün hündürlüyü Ləzədə 20 , Xınalıqda 18, Qudyalçay-Xınalıq məntəqəsində 17, Şahdağda 16, Qırızda 15, Sarıbaşda (Qax) 10, Nülgütdə 5 sm təşkil edib. Havaların kəskin soyuması ilə Murov dağı da ağ örpəyə bürünüb. Qar örtüyünün Murovun ətəklərindək düşdüyünü Göranboydan çəkilmiş fotodan da aydın görmək olur. Həmin fotonu oxuculara təqdim edirik:
koordinat.az
Comentários