top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

MURADOV AZƏR ƏSGƏR OĞLU


Muradov Azər Əsgər oğlu, 1968-ci ildə Kəlbəcər rayonunun İstisu qəsəbəsində həkim ailəsində anadan olmuşdur. O, 1975-ci ildə Kəlbəcər rayonu orta məktəbinə daxil olmuş, 1985-ci ildə oranı əla qiymətlərlə bitirmişdir. Elə həmin il o, Jdanov adına Leninqrad Dövlət Universitetinin Sosial fənlər və psixologiya fakültəsinə daxil olmuşdur. 1992-ci ildə universiteti əla qiymətlər ilə qurtarmışdır. Universitetdəki təhsil illərində Moskva şəhərində hərbi xidmətdə olmuş, hərbi xidməti leytinant rütbəsi ilə başa vurmuşdur. Həmin müddətdə A.Ə.Muradov paralel olaraq Rostov Dövlət Universitetini iqtisadi menecer ixtisası üzrə bitirmişdir. 1998-ci ilə qədər ixtisası üzrə müxtəlif sahələrdə fəaliyyət göstərmişdir. Eyni zamanda o, 1998-ci ildə Rostov Döblət Universitetində iqtisadi elmlər üzrə aspiranturaya daxil olmuşdur. 4 iyul 2000-ci ildə “Keçid dövrü iqtisadiyyatının institutsional dəyişikliklərinin dinamikası və gəlirlərin differensiyası” mövzusunda dissertasiya müdafiə etmiş və ona iqtisadi elmlər namizədi alimlik dərəcəsi verilmişdir. Elmi rəhbəri iqtisadi elmlər doktoru, professor O.S Belokrılova və rəsmi opponenti, professor Kzikino dissertasiyaya yüksək qiymət vermişlər.


A.Ə.Muradov indiyə qədər bir çox elmi məqalələr yazmışdır. Eləcə də professor O.S.Belokrılov və professor V.V.Volçiklə birgə “Keçid dövrü iqtisadiyyatında gəlirlərin bölüşdürülməsinin institusional əsasları” adlı kitab çap etdirmişdir. A.Ə.Muradov doktorluq işi üzərində işləyir. O, evlidir. Bir övlad atasıdır. Həyat yoldaşı ali təhsillidir.

Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page