top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

MEHDİYEV MƏHİYƏDDİN SADİQ OĞLU


Böyük Vətən müharibəsi milyonlarla insan qırğınına, aclığa, səfalətə və məhrumiyyətə səbəb olmuşdur. Müharibənin zərbəsi hər bir ailəyə maddi-mənəvi sarsıntı vurmuşdu. O zamanlar mərkəzdən, dəmir və şosse yolundan uzaq olan Kəlbəcər rayonunda yaşayıb, ailə saxlamaq o qədərdə asan deyildi. Bu səbəbdən Kəlbəcərin ən uzaq dağ kəndi olan Çovdardan Sadıq kişi ailəsini dolandırmaq üçün 1954-cü ildə bir çox kəbəcərlilər kimi köçüb, Yevlax rayonunun 28-aprel, indiki Aran kəndinə gələrək orada yaşamağa başlamışdılar.

M.S.Mehdiyev 1954-cü il yanvar ayının 8-də Yevlax rayonunun Aran kəndində anadan olmuşdur.1961-ci ildə həmin kəndin orta məktəbinə daxil olmuşdur. Lakin faciə gələndə xəbərdarlıq etmir, Məhiyəddin hələ 4-cü sinifdə oxuyarkən atası Sadıq kişi vəfat etdi. Bundan sonra balaca Məhiyəddinin tərbiyə yükü anası və böyük qardaşı Novruzun öhdəsinə düşmüşdür. Artıq onlar yad rayonda qohum-qardaşsız dolana bilməyib, doğma Kəlbəcərə- Çovdar kəndinə qayıtmıdışlar.

M.S.Mehdiyev orta təhsilini Kəlbəcərdə başa vurmuşdur. Orta təhsil aldıqdan sonra o, ordu sıralarına xidmətə çağırılmışdır. 1973-1975-ci illərdə Lelinqradda əsgərlikdə olmuşdur. Əsgəri xidmətdən qurtaran ili, yəni 1975-ci il Ukrayna Respublikası Lvov Politexnik İnstitutunun üzvi birləşmələrin texnologiyası fakültəsinə daxil olmuşdur. 1980-cı ildə həmin fakültədə “Bioloji aktiv birləşmələrin texnologiyası” (dərman preparatları) ixtisasına yiyələnmişdir.

M.S.Mehdiyev gənc mütəxəssis kimi təyinat ilə Azərbaycan geri döndü və SSR EA akademik M.F.Nağıyev adına Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunda mühəndis kimi işə başladı. 1982-ci ildə Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunda aspiranturaya imtahan verərək qəbul oldu. O, 1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvi, professor R.A.Babaxanov və kimya elmləri doktoru S.B.Zeynalovun rəhbərliyi altında “Epixloridrinin amillərlə reaksiyasının genetikası və mexanizmi” mövzusunda dissertasiya müdafiə etmiş və kimya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.


M.S.Mehdiyevin dissertasiya müdafiəsi Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunun ixtisaslaşdırılmış Elmi Şurasında keçirilmişdir. Müdafiədən sonra Mehdiyevi həmin instituta elmi işçi təyin etmişdilər. O, işləyə-işləyə müxtəlif elmi konfranslarda iştirak etmişdir.


M.S.Mehdiyev 1984-cü ildə Bakı şəhərində D.İ.Mendeleyevin anadan olmasının 150 illiyinə həsr olunmuş elmi–texniki konfransda “Difenilin xlormetilləşməsi reaksiyası haqqında” məruzə ilə çıxış etmişdir. 1986-cı ildə yenə Bakıda Gənc kimyaçıların respublika konfransında “4-xlormetildifenil və ikili aminlər alınan məhsulların sintezi və tədqiqatı” mövzusunda, 1987-ci ildə “Maye fazada radikal reaksiyaların kinetikası” mövzusunda Ümumittifaq yığıncağında (Qorki şəhəri) məruzə ilə çıxış etmişdir. O, həm də 1988-ci ildə Akademik M.F.Nağıyevin 80 illiyinə həsr olunmuş Respublika Konfransında “Epilxloridrinin sipirtlərlə reaksiyasının kinetikası” mözvusunda məruzə ilə çıxış etmişdir.


M.S.Mehdiyev elmi tətqiqat işləri əsasən epilxloridrinlə aminlərin qarşılıqlı reaksiyasının kinetikası və mexanizminin araşdırılması istiqamətində aparılmaqla yanaşı, həm də reaksiya məhsullarının bəzi xassələrini öyrənməkdir. İlk dəfə olaraq o, 20-dən çox aminospirt sintez etmişdir.


M.S.Mehdiyev SSRİ məkanında ilk dəfə olaraq “Efiroaminospirtlərin alınması” üsularına və 4 (dimetilaminometil) difenilin iki fazalı eletrolit-karbo hidrogen sistemlərində palıdın karroziyasının inqibitoru kimi istifadə olunması işlərinə görə müəlliflik şəhadətnaməsinə layiq görülmüşdür. O. ümumiyyətlə, 1984-1994-cü illər ərzində 32-dən çox elmi məqalə və elmi əsərlər yazıb çap etdirmişdir. 1991-ci ildən başlayaraq özünün pedaqoji fəaliyyətinə başlamışdır.


M.S.Mehdiyev 1991-ci ildə Mingəçevir Politexnik İnstitutuna dəvət olunmuşdur və indiyə kimi o, həmin institutda Fizika, elektronika və izolyasiya texnikası kafedrasında dosent işləyir. Kafedrada Ümuni kimya, Dielektriklər kimya və texnologiyası, İstehsal sahələrinin texnologiyası və sənaye ekologiyası və Ekologiya fənlərini tədris edir.


M.S.Mehdiyev Energetika və mexanika fakültəsində həmkarlar təşkilatının sədri, metod qrupunun rəhbəri kimi ictimai vəzifələrdə çalışır, fakültə və institutun Elmi Şurasının üzvüdür. Hazırda o kafedra müdirinin müavinidir. Pedoqoji fəaliyyətinə görə Mingəçevir şəhəri İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanla təltif edilmişdir.


M.S.Mehdiyevin atası Sadıq Mircəfər oğlu 1910-cu ildə Kəlbəcər rayonunun Çovdar kəndində anadan olmuşdur. Böyük Vətən Müharibəsi iştirakçısı olmuşdur. 1965-ci ildə vəfat etmişdir.


Məhiyəddin müəllim ailəlidir və iki oğlu, bir qızı var.


Comentários


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page