top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

MİRZƏYEV SALEH HACI OĞLU


Mirzəyev Saleh Hacı oğlu, 1957-ci ildə Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olmuşdur. Ağlı kəsəndən yaşadığı mühit və doğma kəndin əsrarəngiz təbiəti onu Vətənə məhəbbətə və zəhmətə səfərbər etmişdir.

S.H.Mirzəyev kənddə təsərrüfat işlərində valideynlərinə daima yardım etmişdir. O, 1974-ci ildə öz kəndlərindəki orta məktəbi əla qiymətlərlə başa vurub, Azərbaycan Politexnik İnstitutunun Avtomat nəqliyyatı fakültəsinə qəbul olmuşdur. 1979-cu ildə İnstitutu fərqlənmə diplomu ilə bitirmişdir.

S.H.Mirzəyev tələbəlik illərindən onun elmə olan marağı, elmi konfranslardakı çıxışlarında ona dərs deyən alimlərin diqqətini cəlb etmişdi. Saleh müəllim institutu qurtarandan sonra, Dövlər Avtomobil Müfəttişliyi sahəsində işləməyə gedə bilərdi, lakin o hər bir oğlanın arzu etdiyi bu yolla getmədi. Aspiranturaya qəbul olmaq üçün də, üç il iş stajı tələb olunurdu. Ona görə də “Azneft” sisteminə təyinat götürdü. İş yeri Bakıdan 60-km aralı–Qobustan qəsəbəsində olsa da, institutla əlaqəsini üzmədi. “Materiallar Müqaviməti” kafedrasının müdiri İsmayıl Sadıqovun dəvəti ilə axşamlar institutda dərs deməyə başladı. İki illik iş stajı tamam olandan sonra, qiyabi aspiranturaya qəbul olundu (1983). Tanınmış alim dosent Sadıqov İsmayıl Rza oğlunun rəhbərliyi ilə “Deformasiya olunan bərk cisimlərin mexanikası üzrə” dissertasiya mövzusu üzərində elmi tədqiqat işi aparmağa başladı.


S.H.Mirzəyevi institutun elmi mənbələri qane etmirdi, çox gərgin iş rejimi üzrə müxtəlif şəhər kitabxanalarında axtarışlar aparaq gecəli-gündüzlü çalışırdı. Bir ildən sonra İ.R.Sadıqov yüksək dövlət işi ilə irəli çəkilir. (Azərb.NC-də şöbə müdiri). Qaydaya görə, o vaxt məsul işdə çalışan dövlət nümayəndələrinin elmi rəhbərliyinə icazə verilmirdi. Ona görə də, yeni elmi rəhbərlik üçün professor Mirsəlimxanovun etimadını qazanmaq lazım idi. Mirzəyev Saleh bu etimadı elmi bacarığı ilə qazandı. İndi onların tədqiq edəcəyi məsələlər təkcə inşaat mexanikası nöqteyi-nəzərindən deyil, həm də bərk cisim mexanikasına uyğun gəlməli idi. Sözün əsl mənasında qarşıda onu gərgin elmi fəaliyyət gözləyirdi. O, böyük alim (Mirsəlimxanov Amerika Kembric Universitetinin fəxri professorudur) Mirsəlimxanovun məsləhətçiliyi ilə, aspiranturanın qalan iki ilini on bir aya başa vurdu. Bu müddətdə Saleh müəllimin 11 elmi məqaləsi çap olundu. 1987-ci ilin yanvarında aspiranturanı bitirib, elmi işini müdafiəyə təqdim etmişdir. Elə həmin il o, Azərbaycan Politexnik İnstitutuna müəllim dəvət olundu. İndi müəllim fəaliyyətində tamam başqa bir sahəni öyrənib, tədris etməli idi.

S.H.Mirzəyev 1987-ci ildə, professor Mirsəlimxanovun rəhbərliyi altında “Qeyri xətli materialdan hazırlanmış nazik divarlı top formalı qabların hazırlanması” mövzusunda dissertasiya müdafiə edib, texniki elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.


S.H.Mirzəyev 1988-ci-1989-cu illərdən, erməni işğalçılarının törətdikləri vəhşiliklər Saleh müəllimə də öz sarsıdıcı təsirini etməyə bilməzdi. Amma, buna baxmayaraq o, öz elmi axtarışlarını davam etdirdi. Onun indiyə qədər 25 elmi əsəri və iki dərs vəsaiti yazlaraq çap edilmişdir. Saleh müəllimin 400 səhifəlik “Tərsimi həndəsə” dərsliyi çapa hazırdır.


S.H.Mirzəyev 1992-ci ildə Bakıda yaradılan “Murovdağ xeyriyyə cəmiyyətinin” təşkilində və fəaliyyətində Saleh müəllim çox fəal iştirak etmişdir. O, kəmin cəmiyyətin idarə heyyətinin sədr müavini kimi, istər Kəlbəcərin mühasirə dövründə, istərsə də işğallardan sonrakı illərdə qaçqın ailələrinin məskunlaşdırılmasında bütün qüvvəsinin sərf etmişdi.


Saleh müəllim doğma kəndi Başlıbelə ermənilərin necə divan tutduqlarını ürək ağrısı ilə danışır. Onun ən böyük arzusu Kəlbəcərin azad olunmasından sonra Başlıbeldə öz doğma uşaqlarımıza dərs deməkdir.


Mirzəyev Saleh hazırda doktorluq dissertasiyası üzərində işləyir. Saleh müəllim evlidir, bir oğlu var.

Comentários


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page