top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

Mircəfər Bağırovdan sonra İLK DƏFƏ İlham Əliyev...

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva avqustun 16-da Kəlbəcər rayonuna səfər etdilər. İşğal altında olan rayonlarımızın 44 günlük savaşla azad edilməsindən sonra dövlət başçısı bir neçə dəfə həmin rayonlarda olmuşdu. Kəlbəcər istisna idi.



Prezidentin Kəlbəcərə səfərinə uzun müddətdir, hazırlıq gedirdi. Və o, reallaşdı.

Bəs, bu səfəri digər rayonlara səfərdən fərqləndirən əsas məqam nədir?

Məsələ burasındadır ki, Prezident İlham Əliyev yaxın tarixdə Kəlbəcər rayonuna ayaq basan ilk prezident - dövlət başçısıdır.

Bəlkə də, çoxları üçün inanılmaz və qəribə gələ bilər. Amma İlham Əliyevdən əvvəl Kəlbəcərdə olmuş Azərbaycanın dövlət başçısı yalnız Mircəfər Bağırov olub.

1933–1953-cü illərdə Azərbaycan Kommunist Partiyası MK-nin birinci katibi vəzifəsində işləmiş Mircəfər Bağırov Kəlbəcərə 1947-ci ilin yayında səfər edib.

O dövrün şahidləri Bağırovun Kəlbəcərə gəlişini belə xatırlayırdı:



“Onun Kəlbəcər rayonuna gəlməkdə əsas məqsədi, yuxarı İstisu ərazisində sanatoriya binasının əsasını qoymaq olmuşdu. Mircəfər Bağırov Kəlbəcər rayonundan qayıdandan sonra təcili olaraq rayon mərkəzində “Azstroy” deyilən tikinti – quraşdırma təşkilatı yaradıldı. Həmin təşkilatın bilavasitə köməkliyi nəticəsində, sanatoriya binasının inşası, bütün çətinliklərə baxmayaraq 3 il müddətinə başa gəldi. Daşı, qumu, sementi və başqa tikinti materiallarını, nəqliyyatın azlığından at,ulaq və öküzlə daşıyırdılar. Həmin sanatoriya indinin özündə də durur və yerli camaat binanı “Bağırovun zdaniyası” adlandırır...”.



Bəlkə də, Kəlbəcər rayonunun uzaq, ucqar, dağlıq, çətin relyefdə yerləşməsi dövlət başçılarının yolunun hansısa zaman kəsiyində bu rayondan düşməsinə əngəl olub.

Və qeyd etdiyimiz kimi M.Bağırovdan düz 74 il sonra Prezident İlham Əliyev Kəlbəcərə ayaq basan ilk Azərbaycan dövlət başçısı oldu.

Mövlud/Turkustan.az

P.S. Bu xatırlatma hər hansı müqayisə üçün deyil, sadəcə, maraqlı tarixi faktı çatdırmaq üçündür.

Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page