top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

Milli Qəhrəmanın xatirəsi anılıb


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Kəlbəcər rayon şöbəsi torpaqlarımızın azadlığı uğrunda şəhid olan milli qəhrəman Yunis Nəcəfovun anım tədbirini keçirib.


Gəncədə Kəlbəcərli məcburi köçkünlər üçün salınan yaşayış qəsəbəsində olan “Kəlbəcər şəhidlərinin abidə kompleksi” ziyarət edilib. Daha sonra Milli qəhrəman Nəcəfov Yunis İsa oğlunun keçdiyi şərəfli ömür yoluna nəzər salınıb. 1967-ci ildə Kəlbəcər rayonunda anadan olan Yunis Nəcəfov orta məktəbi bitirdikdən sonra Bakı Ali Komandirlər məktəbinə yollanıb. Yunis ikinci kursdan təhsilini Çelyabinsk Tank Məktəbində davam etdirib. 1990-cı ildə 20 Yanvar faciəsi ilə bağlı çıxışlarına görə hərbi sahədən uzaqlaşdırılıb. Bir müddət Bakıda Biləcəri Dəmiryol İdarəsində çalışan Yunis Nəcəfov vətənimizin başını qara buludlar alanda rahatlıq tapmayıb. 1991-ci ildə könüllü olaraq cəbhəyə yollanıb və N saylı hərbi hissədə bölük komandiri kimi xidmətə başlayıb. Cəsur döyüşçü Kərkicahan, Malıbəyli kəndlərində, Şuşadakı döyüşlərdə iştirak edib. Bir müddətdən sonra onu döyüşə yeni əsgərlər hazırlamaq məqsədilə Bakıya göndəriblər. Şuşa və Laçın ağır sınaqlarla üz-üzə qalanda Yunis Nəcəfov yenidən cəbhəyə qayıdıb. Kəlbəcər kəndlərinin müdafiəsində iştirak edib, bir neçə kəndin geri alınmasında igidlik göstərib. Yunis Nəcəfov 1992-ci ildə Vəng kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Azərbaycan Prezidentinin sərəncamı ilə Nəcəfov Yunis İsa oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Tahir Nəcəfov - şəhidin qardaşı: Döyüşlərdə iştirak edib, şücaət göstərib. O, 1992-ci ildə erməni mühasirəsini yararaq "Qozlu körpü" deyilən yerə öz əsgərləri ilə birlikdə şəhid vermədən gəlib çıxıb. Mən onunla fəxr edirəm. O, Azərbaycan xalqının Milli qəhrəmanıdır. Onunla qürur duyuruq.

Ramiz Əliyev - Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Kəlbəcər rayon şöbəsinin sədri: Bu cür şəhidlərimizi yad eləmək, əsgərlərimizlə görüşmək, şəhidlərimizin xatirəsini ucaltmaq, yadda saxlamaq veteranların borcudur. Bu da silsilə tədbirlərimizdən biridir. Bu cür tədbirlərimiz davam edəcək.

Kəpəztv.az

留言


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page