Mirzəyev Əli Sarı oğlu, 1933-cü il dekabr ayının 5-ində Kəlbəcər rayonunun Başlıbel kəndində, çoban ailəsində anadan olmuşdur. Başlıbel 7 illik məktəbini bitir-dikdən sonra, əvvəl Kəlbəcər orta məktəbində oxumuş, yanvardan sonra isə Şuşaya gedib, 8-ci sinifi orada bitirmişdir. Növbəti dərs ilində Laçın şəhərində pedaqoji texnikuma qəbul olmuşdur. 1949-cu ildə oranı əla qiymətlərlə bitirərək kamal atesstat almışdir. 1949-50-ci tədris ilində Kəlbəcər rayonunun Mərcimək kənd 7 illik məktəbində sinif müəllimi işləmişdir.
1980-50-ci tədris ilində Bakı şəhərində V.İ.Lenin adına APİ-nin Dil-ədəbiyyat fakültəsinə imtahansız qəbul olmuşdur. O, zaman orta təhsili tam əla qiymətlərlə bitirənlər ali məktəblərə imtahansız qəbul olunurdular. İnstitutda əla oxuduğu və ictimai işlərdə fəal iştirak etdiyi üçün Fəxri təqaüdə laiq görülmüşdü.
1955-ci ildə APİ-ni bitirmiş və Kəlbəcər rayonunun Aşağıqılışdı kənd orta məktəbinə müəllim təyin olunmuşdur. Müəyyən dövlərdə həmin məktəbin dərs hissə müdiri işləmişdir.
Sovet ordusuna xidmətdən sonra V.İ.Lenin adına APİ-də Ədəbiyyatın tədrisi metodikası ixtisası üzrə aspiranturaya daxil olmuşdur.1964-cü ildə “Orta məktəbdə satirik şeirlərin tədrisi metodikası” mövzusunda dissertasiya müdafiə etmiş və “pedaqoji elmlər namizədi” alimlik dərəcəsi almışdır.
Aspiranturanı bitirdikdən sonra, doğma kəndi Başlıbel 8 illik orta məktəbində işləməyə gəlmiş və çox zəhmətlər bahasına da olsa, həmin məktəbdə gündüz və axşam orta məktəbləri təşkil etmişdir. Həmin məktəbin hətta axşam şöbəsini bitirənlərin bir çoxu ali təhsil almışdır. Başlıbel orta məktəbində işləyərkən onun təşkilatçılıq fəaliyyəti haqqında qəzetlərdə silsilə məqalələr dərc edilmişdir.
Kəlbəcərdə rayon qəzetinin adı dəyişildikdən sonra, Əli Mirzəyevi “Yenilik” qəzetinə redaktor təyin edilmişdir. Çox çətinliklə çıxarılan qəzet tezliklə rayonda hörmət qazanmışdır. Qəzet öz ətrafına çoxlu sayda yerli qələm sahiblərini öz ətrafında toplaya bilmişdir.
Ə.S.Mirzəyev 1966-cı ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstituna dəvət olunmuş və həmin vaxtdan da orada müəllim işləməyə başlamışdır. İnstitutda işlədiyi müddətdə müxtəlif illərdə fakültə dekanı və instutut qəzetinin redaktoru işləmişdir.
1992-ci ildə M.Ə.Rəsulzadə asına Bakı Dövlət Universitetində “Azərbaycan üşaq poeziyası problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və filologiya elmlər doktoru alimlik dərəcəsi almışdır. Hal-hazırda H.Zərdabi adına Gəncə DPU- nin professorudur.150-dən çox elmi məqalənin müəllifidir. Aşağıdakı elmi kitabları nəşr olunmuşdur:
1. Gənclərin vətənpərvərlik və beynəlmiləlçilik tərbiyyəsi, Bakı 1986.
2. Klassik ədəbiyyat və müasirlik, Bakı, 1991.
3. Folklor və Azərbaycan uşaq poeziyası, Bakı, 1991.
4. Əməyə, elmə və təhsilə çağırış poeziyası, Bakı, 1993.
5. Klassik ədəbiyyat və uşaq poeziyası, Gəncə, 1993.
6. Azərbaycan uşaq ədəbiyyatı proqramı, Gəncə, 1995.
7. Azərbaycan uşaq poeziyası, Gəncə, 1997.
Ə.S.Mirzəyev N.Gəncəvi adına Azərbaycan Ədəbiyyat İnstitunun elmi kafedrasında və M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetində çağırılmış Ümumittifaq simpoziumunda məruzə ilə çıxış etmışdir.
Mirzəyev Əli həmdə şairdir. Şeirləri toğlanmış aşağıdakı bədii kitabları çap olunmuşdur:
1.Kəlbəcər faciələri, Gəncə, 1996.
2.Qanlı yanvardan əsən küləklər, Bakı, 1997.
3.Vətən harayları, Bakı, 1997.
4.Vətən çağırır, Bakı, 1997.
5.Məlum həqiqətlər, təmsillər, Bakı, 1997.
Alimin bütün şeirləri Əli Başlıbelli adı ilə nəşr olunur.
Comments