top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

Londonda nüfuzlu jurnalda müsahibəsi gedən və kitabı dərc edilən KƏLBƏCƏRLİ



H.Əliyev Fondunun vitseprezidenti Leyla xanım Əliyevanın təsisçisi olduğu Baku jurnalının ingilisdilli online versiyasında həmyerlimiz Kəlbəcər rayonu Geştək kəndinin yetişdirməsi, Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin direktoru Elşad Əsgərovun müsahibəsi dərc edilmişdir. Baku jurnalının ingilis dilli versiyası Londonda hazırlanıb dərc olunur. "BAKU" jurnalındakı müsahibəyə burdan bax.

Həmçinin Leyla xanımın İDEA təşkilatının dəstəyi ilə dünyaca məhşur Urs Breytenmozerlə (İsveçrə Bern şəhərində İUCN (Beynəlxalq Təbiəti Mühafizə İttifaqı) Pişikkimilər üzrə mütəxəssis qrupunun rəhbəri ) birlikdə "Azərbaycanda Qırmızı kitaba düşmüş nadir növ olan Bəbirlərin (Panthera pardus) nəslinin bərpasına həsr olunmuş" kitabı dərc edilmişdir.


Haşiyə . Qafqaz bəbiri (Panthera pardus) pişikkimilər fəsiləsindən olan yırtıcı heyvandır. Vaxtı ilə geniş arealı olsa da, hazırda yalnız Naxçıvan və respublikanın Cənub bölgəsində rast gəlinir. Kəlbəcər dağlarında da rast gəlinmişdir. Ötən əsrin 70-ci illərində Kəlbəcərin qarşı tərəfində “Donuz damı” adlanan yerdə bir fərdin öldürüldüyü barədə məlumat vardır. Kəlbəcərdə Pələngə adlanan binə yerləri mövcuddur. Həmin yerlərdə vaxtı ilə bəbir olması və yerin adı bu heyvanla bağlı olduğu güman olunur (bu heyvan adı dilimizə fars dilindən tərs gəlmişdir, hazırda farslar bəbirə pələng, pələgə isə bəbir deyirlər. Qədim türk dillərində adı qaplan, bars olub, hazırda Naxçıvanda da qaplan deyirlər).


Qeyd edəkki, Elşad Əsgərov 1974-cü ildə Kəlbəcər rayonu Geştək kəndində dünyaya gəlib. Kəlbəcər şəhər 3 N-li orta məktəbi bitirdikdən sonra 1992-ci ildə Bakı Dövlət Universitetinə daxil olub.1998-2001-ci illərdə AMEA Zoologiya İnstitutunun əyani aspirantı olub.2002-ci ildən Ümumdünya Təbiəti Mühafizə Fondunda (WWF) layihə koordinatoru kimi işlə başlayıb. Azərbaycanın nadir və nəsli tükənmək təhlükəsində olan növlərinin qorunmasına, sayının bərpasına yönəlmiş layihələrə rəhbərlik edib. Nəsli az qala tükənmiş hesab olunan Qafqaz bəbirlərinin Zəngəzur və Talış dağlarında qaldığını aşkarlayıb, ilk dəfə olaraq fotolarını əldə edib və onların qorunması üçün 15 il ərzində proqrama başçılıq edib. 2010-cu ildə H. Əliyev Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə başlanmış proqram çərçivəsində ceyranların tarixi yaşayış məskənlərinə qaytarılması layihəsinə WWF tərəfindən rəhbərlik edib.

Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page