top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

''Kəlbəcərə qovuşan RUH'' - Aqil Camal yazır


Onu ilk dəfə televizorda görmüşdüm – Kəlbəcərdə,1989-90-larda. 13-14 yaşım vardı. Parlamentin (o zaman Azərbaycan SSR Ali Sovetinin) iclasları canlı yayınlanırdı. Camaat televizorda görəndə “Kolanı Məcidin oğludu” deyirdi… 1990-ın martında Bakıda yaxın qohumumuzun toyunda canlı gördüm. Ağ gödəkçədə, kəmərində də tapancası... Çıxış edəndə, yenə adamlar “Kolanı Məcidin oğludu, İsgəndərdi” deyirdi. 20 Yanvara görə SSRİ daxili işlər naziri Bakatinə salam verməkdən imtina etməsindən 2 ay keçmişdi... Yenicə məşhurlaşırdı. Sonra - 1992-ci ildə Kəlbəcərdə gördüm. Daxili işlər naziri kimi ermənilərdən azad edilmiş Ağdərə yolu Kəlbəcərə gəlmişdi. Əynində hərbi səhra geyimi, ağ “Mersedes”lərin müşayiətilə (Elə “Mersedes” də ilk dəfə Kəlbəcərə gəlirdi)... Sonra Bakıda gördüm - Kəlbəcər işğal edilmiş, o, istefaya getmişdi... Sonra Qobustan həbsxanasında gördüm - Məhkəməsində. Sonra azadlıqda... Bu günsə Sulutəpə qəbristanlığında... İsgəndər Həmidov – kimin üçünsə nazir, partiya lideri, istiqlalçı millət vəkili, iqtidarçı, müxalifətçi... mənim üçün özü boyda bir Kəlbəcər idi. Yaşayan, yeriyən bir Kəlbəcər parçası. Bu gün o parçanı Sulutəpədə torpağa dəfn etdik... Adətən, dəyərli insanlar həyatdan gedərkən “Ruhumuz Tanrı dağlarında görüşər” deyirəm. Bu gün İsgəndər bəyə “Dəlidağda, Murovda, Keytidə, Qoçdaşda... görüşərik” dedim. Ruh bədəni tərk edəndən 3 gün sonra olduğu yeri tərk edir, deyirlər. Qəti əminəm ki, İsgəndər bəyin ruhu elə bu gündən, bu andan viran Kəlbəcərin ənginliklərində dolaşır. Və bizləri də oraya səsləyir. Ulu Tanrıdan İsgəndər bəylə bağlı tək təmənnam işğal altında olan torğaqlarımızın, külli Qarabağın, Kəlbəcərin azadlığıdır. Bu olmayınca, bizlərə nə Rəhmət var, nə Cənnət.


Aqil CAMAL (Türküstan.info saytının rəhbəri)

Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page