MƏZAHİR ƏLİ OĞLU SƏFƏROV Səfərov Məzahir Əli oğlu 19.12.1955-ci ildə Kəlbəcər rayonunda anadan olub,1963-1973-cü illərdə Kəlbəcər orta məktəbini bitirmiş,ali təhsillidir,1978-ci ildə Azərbaycan Politexnik İnstitutunu “Çoxkanallı elekrik rabitəsi” fakültəsini bitirib,rabitə mühəndisi ixtisasını almışdır. M.Ə.Səfərov əmək fəaliyyətinə 1978-ci ildə Kəlbəcər rayon rabitə qovşağında elektromexanik kimi başlayıb.1982-ci ildən Azərbaycan Respublikası Rabitə Nazirliyində mühəndis,böyük mühəndis,şöbə rəisi,1992-1997-ci illərdə “Aztelekom” İstehsalat Birliyində baş direktor müavini,1997-2002-ci illərdə həmin birlikdə müxtəlif şöbələrdə mühəndis,şöbə rəisi vəzifələrində çalışmışdır. 2002-ci ildən Azərbaycan Dəmir yol laborotoriyasında böyük elektro-mexanik,2003-cü ildə ADDY Biləcəri İşarəvermə və Rabitə distansiyasında rabitə üzrə rəis müavini,2003-2010-cu illərdə İşarəvermə və Rabitə İstehsalat Birliyində rabitə üzrə rəis müavini, 2016-cı ildən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İnfrastruktur Departamentinin İşarəvermə və Rabitə Xidmətinin rəisi vəzifəsində işləyir. İşlədiyi müddət ərzində Yol rəhbərliyinin böyük rəğbətini qazanmış,İşarəvermə və Rabitə təsərüffatının qabaqcıl təsərüffatlarından biri olmaqla bərabər,qatarların təhlükəsiz və vaxtında mənzil başına çatmalarının təmin olunmasında,Dəmir Yolu İşarəvermə sisteminin və Rabitəsinin müasir tələblərə uyğun inkişafında böyük səyi və əməli köməyi olmuşdur,əməyi rəhbərlik tərəfindən qiymətləndirilərək,2014-cü ildə “Fəxri Dəmiryolçu” adına və 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adına layiq görülmüşdür.
Yeni Azərbaycan Partiyasının üzvüdür.Ailəlidir.İki övladı,iki nəvəsi var .
Comments