Adlı-sanlı Məşədi Pir Məhəmməd ocağının sayılan-seçilən el ağsaqqalı İsa kişinin evində 15 iyun 1974 cü ildə bir şadyanalıq vardı. Bu gün ailənin sonbeşiyi ,ailənin dördüncü oğul balası Rasim dünyaya gəlmişdi. Günbəgün, ilbəil böyüyən, palıd ağacı təki möhkəmlənən ,gövdələnən bu gənc qeyri-adi xarakterə malik idi. Vətənin hər qarışını, hər gülünü sevmək onda nəzərəçarpacaq dərəcədə hiss olunurdu. Hər işdə birinci olmaq istəyirdi.
1992 ci ilin payızında öz arzusu ilə orduya çağrılmışdı. Xidmətinin ilk günlərindən cəsur döyüşçünün xoş sədaları gəlirdi.
Bir dəfə də 10 günlük məzuniyyətə gəlmişdi. Amma çox qalmayıb xidmətə qayıtdı. Sonradan məlum oldu ki, “Ağduzdaxda”kəşviyyata gələn 2-3 ermənini məhv etdiyinə görə komandiri tərəfindən qiymətləndirilərək məzuniyyətə göndərilmişimiş.
Soldan 5-ci...
Laçın rayonunun Hocaz yüksəkliyi uğrunda gedən döyüşlərdə onun düşmənə nifrəti birə beş artmışdı.Atışma zamanı 7 erməni vurmuşdur. Başlarının üstündən yağış kimi yağan düşmən gülləsi onları səngərdə qalmağa məcbur etmişdi. Bununla barışmayan Rasim “Nə vaxtacan səngərdə oturacağıq?!” deyərək səngərdən çıxmış və vuruşa vuruşa qabağa getmişdi. Lakin mənfur düşmənin gülləsi ona tuş gəlmişdi. Rasimin bu qəhrəmanlığından ruhlanan döyüş yoldaşları hücuma keçərək düşməni geri oturtmuşlar.Şücaətli və qəhrəman döyüş yoldaşlarının səyi nəticəsində Rasimin cənazəsini neytral ərazidən çixarmaq mümkün olmuşdu.
27 Mart 1993- cü ildə Kəlbəcər rayonunun Nəcəfalılar kəndi özünün son qəhrəmanını torpağa tapşırırdı. Səhəri gün isə özləri bu müqəddəs torpağı tərk etmək məcburiyyətində qaldılar.Bu torpağı çox sevdiyindən bu torpağı qorumaöa can atan igidin ruhu sanki bu köçü duymuşdu. Və gələcəkdə köçkün,qaşqin adini eşitməkdənsə bura qalmağı üstün tutdu.
Kövrək ananın fəryadına, bacıların göz yaşlarına ən ehtibarlı dayaq isə təmkinli və səbirli el ağsaqqalı İsa Piriyevin məğrurluğu oldu. O başını dik tutdu.
Rasim öz yolunu özü seçmişdi. Bu uca məqama isə onu İlahi çatdırdı. Ruhu daim gəzdiyi yaylaqlarinda el- obasında dolaşır bəxtəvərin . Onun ruhunun daha da şad olması ücün qanı ilə suvardğı torpaqları azad görməkdir! O gün uzaqda deyil ,İnşallah!
Materiala görə dəyərli ziyalımız Adil Həmidə minnətdarıq .
Comments