Kəlbəcərsiz Kəlbəcərliləri tanımaq yəqin ki, həm yaşlı, həm də gənc nəsil üçün maraqlıdır. Haqqında yazdığım şəxs Azərbaycan Diplomatik Akademiyasının müəllimi 31 yaşlı Samir Zakir oğlu Orucuovdur.
Samir Orucov kimdir?
Samir Zakir oğlu Orucov 1988-ci ildə Kəlbəcər şəhərində anadan olub.
2005 ci ildə Bakı şəhəri 160 saylı klassik gimnaziyanı bitirərək Bakı Dövlət Universitetinin Hüquq fakultəsinə qəbul olub.Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 12 sentyabr 2005-ci il tarixli, 994 nömrəli Sərəncamı ilə "Prezident Təqaüdü " nə layiq görülür.
2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramı çərçivəsində təqaüdə layiq görülərək 2010-2012-ci illərdə Almaniyada Azad Berlin Universitetində Kommersiya hüquq üzrə magistr dərəcəsini qazanır.
2015-2019-cu illərdə Çex Elmlər Akademiyası və Karl Universitetinin İqtisadiyyat
İnstitutunda, İqtisadiyyat üzrə magistr/doktorant dərəcəsini əldə etməyə nail olur.
Qeyd edək ki,tam təqaüdlü proqram olaraq ABŞ-ın Nyu York Ştatı tərəfindən
akkreditasiya olunub və diplomu Nyu York ştatının Təhsil Dairəsi tərəfindən
təstiqlənir. Ən əsası da bu proqram iqtisad üzrə Avropada ən güclü 5
magistr/doktorant proqramlarından biridir.
2017-ci ildə Azərbaycanda iqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda
İqtisadiyyat üzrə fəlsəfə doktoru dərəcəsini ələd etmək üçün "Kiçik və Orta
Sahibkarlığın İnkişafının İqtisadi İnkişafa Təsirnin Ekonometrik Qiymətləndirilməsi"
mövzusunda dissertasiya işini hazırda bitirib. Yaxın vaxtlarda müdafiə edilməsi
gözlənilir.
2010-cu ilədək özəl müəssisədə hüquqşünas,
2012-ci ildə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Hüquq şöbəsində
məsləhətçi, daha sonra Renaissance Construction Azərbaycan MMC hüquqşünas,
2014-2015 ci ildə İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitunda Baş Elmi İşçi
Bakı Mühəndislik Universiteti, Azərbaycan Universiteti,Doğu Akdəniz
universitetlərində saat hesabı dərs deyib.
Hazırda isə ADA Universitetində İqtisadiyyat və Statistika müəllimi kimi elmi
fəaliyyətini davam etdirir.
Rus, İngilis, Fars, Çex dillərində sərbəst danışır. Ailəlidir, bir qız övladı var.
Onu da vurğulayaq ki, Samir Orucovun babası Mürsəl İsgəndərov ( anasının atası)
Qori Müəllimlər Seminariyasını bitirən ilk kəlbəcəlidir.
Samir Zakir oğlu Orucov bütün bunlarla yanaşı , ədəbiyyat sahəsində də Allah
vergisinə sahibdir. O, Kəlbəcərin ilk qəzəlxan şairidir.
Qeyd edək ki, Samir müəllimin atası Kəlbəcərin Qaraçanlı kəndindən Zakir Qaçay
oğlu Orucovdur. Zakir Orucov Kəlbəcərdə rayon İcraiyyə Komitəsinin plan
iqtisadiyyat şöbəsinin müdiri, ictimai iaşə birliyinin rəisi,Kəlbəcər rayon İstehlak Cəmiyyətinin sədri, İsti Su Kurort Ticarəti idarəsinin müdiri, hazırda isə Maliyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin 2 saylı regional müfəttişliyinin rəisi vəzifəsində çalışır. Onu da xatırladaq ki, Zakir Orucov şəhid atasıdır. Oğlu Azər Orucov 14 iyul 1989-cu ildə helikopter qəzasında
şəhid olub.
Əziz həmvətənlər! Kəlbəcərin fitri istedadlı gəncini sizə tanıtdırmağı özümə bir
borc bildim. İstedadlı Kəlbəcər gəncləri barədə məlumatları bundan sonra da, sizə
çatdıracam. (Aqil Uluxanlı)
Samir Zakir oğlu Orucovun yaradıcılığı ....
Comments