top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

Kəlbəcərin alim ziyalıları_Nağdəli ZAMANOV


11:45 | 17.10.2018


Zamanov Nağdəli Tapdıq oglu – Tibb üzrə fəlsəfə doktoru (1994), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2012), "Qızıl qələm" mükafatı laureatı (2012)

Nağdəli Zamanov 13 avqust 1961-ci ildə Kəlbəcər rayonunun Keştək kəndində müəllim ailəsində anadan olmuşdur. 1967-1975-ci illərdə Keştək kənd 8-illik, 1975-1977-ci illərdə isə Kəlbəcər 1 saylı orta məktəbdə oxumuşdur.

1979-cu ildə Azərbaycan Tibb Universitetinə qəbul olmuş, 1985-ci ildə ATİ-nin II müalicə profilaktika fakultəsini bitirmişdir.

1986-1990-cı illərdə Neftçala rayonunda terapevt işləmiş, 1990-1993-cü illərdə Pediatriya fakultəsi "Daxili xəstəliklər" kafedrasında aspirantura təhsili almışdır.

1993-cü il oktyabr ayından 2010-cu ilədək ATU-nun I Daxili xəstəliklər və reanimatologiya kafedrasının assistenti, 2010-cu ildən isə dosentidir. 2011-ci ildən Tədris Terapevtik Klinikanın III terapiya şöbəsinin müdiridir.

1994-cü ildə professor Sayalı xanım Tağıyevanın elmi rəhbərliyi ilə "Xəzər gəmiçiliyi üzgüsü heyəti arasında ürəyin işemik xəstəliyinin erkən diaqnostikası və mümkün profilaktika yolları" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Tibb üzrə fəlsəfə doktorudur.

2004-cü ildən əməkdar elm xadimi, professor A.Ə.Axunbəylinin elmi məsləhətçiliyi ilə "Revmatoid artritli xəstələrdə ürəyin koronar xəstəliyinin erkən diaqnostikası və differensial müalicə xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyası üzərində işləyir.

1 metodik vəsaitin, 2 monoqrafiyanın, 100-ə yaxın elmi işin müəllifidir.

Dövri mətbuatda mütəmadi olaraq elmi, bədii, publisistik məqalələri çap olunur. Azərbaycan nitq mədəniyyətinin inkişafında, təşəkkül tapmasında Ulu Öndər Heydər Əliyevin nitq və çıxışlarını tədqiq edir.

2012-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 2012-ci ildən isə "Qızıl qələm" mükafatı laureatıdır.

Tibbi kitabları
  • "Daxili xəstəliklərə dair izahlı testlər", Bakı, 2000. 244 səh., 500 nüsxə. (A.Ə.Axunbəyli ilə birlikdə)

  • "Naməlum etiologiyalı qızdırma", Bakı, 2001. 125 səh., 500 nüsxə. (A.Ə.Axunbəyli ilə birlikdə)

Bədii kitabları


  • Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti (I cild), Bakı, "Elm və təhsil", 2013. 480 səh., 500 nüsxə. (+500 nüsxə təkrar çap)

  • Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti (II cild), Bakı, "Elm və təhsil", 2014. 496 səh., 1000 nüsxə.

  • Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti (III cild), Bakı, "Elm və təhsil", 2018. 520 səh., 1000 nüsxə.

  • Aşıq Şəmşir yaradıcılığında fəlsəfi fikirlər. Bakı, “Elm və təhsil”, 2018, 512 səh.

Məqalələri

Tibbi məqalələri
  • "Hipertoniya xəstəliyi" (səbəbləri, əlamətləri, profilaktikası), "Laçın yurdu" jurnalı, №2(2), Bakı, "Nurlar", 2011. 76-78 səh.

Bədii məqalələri
  1. Heydər Əliyevin nitqində neologizimlər - “Azərbaycan” qəzeti, 3 iyun 2011-ci il

  2. Heydər Əliyev nitqində ədatlar – “Təhsil” jurnalı №9, 2011 ci il

  3. Heydər Əliyev nitqində antroponimik sıralanmalar - “Təhsil” jurnalı, №12, 2011-ci il

  4. "Heydər Əliyev nitqində qətiyyət", "Təbib" qəzeti, №11(1543), 14 iyun 2012-ci il.

  5. "Aşıq Şəmşir yaradıcılığında söz", Dünya qəzeti, №37-38, 16 iyul 2012-ci il.

  6. "Heydər Əliyev nitqində fəlsəfi baxışlar", Dünya qəzeti, №40-41, 19 sentyabr 2012-ci il.

  7. Heydər Əliyev nitqinin gücü onunu səmimiyyəttindədir- “Azərbaycan” qəzeti 1yanvar 2012-ci il

  8. Heydər Əliyev nitqində poetik duyğular “Təbib”qəzeti 15 may 2012-ci il

  9. Heydər Əliyev nitqinin gücü onun xəlqiliyində idi “Paritet” qəzeti 4-5 sentyabr 2012-ci il

  10. Heydər Əliyev nitqində məntiqi ardıcıllıq “Təhsil” jurnalı N: 8 2012-ci il

  11. Heydər Əliyev nitqində elmi üslubun yeri "Yeni təfəkkür" qəzeti

  12. Heydər Əliyev nitqində fəlsəfi baxışlar “Heydər Əliyev və Regionşünaslıq 3-cü Beynəlxalq elmi konfransın materialları” 2-4 iyul 2012-ci il

  13. Dilmizin dərin qatlarını zənginləşdirən ulu öndər “Səs” qəzeti 2012-ci il

Materiallar Vikipediyadan götürülmüşdür. Saytda istifadə olunan məlumata görə Araz Yaquboğluna minnətdarlıq bildiririk.

Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page