top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

Kəlbəcərin alim ziyalıları_ELDAR HƏSƏNOV

Updated: Feb 10, 2019



Eldar Hümmət oğlu Həsənov 1955-ci il 10 oktyabr tarixində Azərbaycanın ən füsunkar rayonlarından biri olan Kəlbəcərin Laçın kəndində müəllim ailəsində anadan olmuşdur. 1972-ci ildə kənd orta ümumtəhsil məktəbini bitirdikdən sonra Dövlət Politexnik İnstitutunun avtomatika və hesablama texnikası fakültəsinə daxil olmuş, 1977-ci ildə ali təhsilini fərqlənmə ilə başa vuraraq elektronika mühəndisi ixtisası almışdır. 1983-cü ildə SSRİ DİN Akademiyasını hüquqşünas ixtisası üzrə bitirmişdir. Uzun müddət Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarında müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini və rəisi, Bakı şəhəri Nizami rayonunun və Gəncə şəhərinin daxili işlər şöbəsinin rəisi vəzifələrində çalışmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin birinci müavini, Baş Prokurorun birinci müavini və Respublika Baş Prokuroru vəzifələrini tutmuşdur.


İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosunun ilk rəisi olmuşdur. "İctimai qaydanın mühafizəsi işində əla xidmətlərinə görə" medalı ilə təltif olunmuşdur. Mütəşəkkil cinayətkarlıq, narkotizm, terrorizmə qarşı mübarizə üzrə 20-yə qədər kitabın, 100-dən artıq elmi işin müəllifidir. İnsan Hüquqları və Demokratiya üzrə Avropa Hüquqşünaslar Assosiasiyasının Administrativ Şurasının, Beynəlxalq Kriminologiya Cəmiyyətinin üzvü, Narkotizm, Alkoqolizm və digər asılılıqlar üzrə Beynəlxalq təşkilatın Direktorlar Şurasının vitse-prezidenti, Beynəlxalq Hüquqşünaslar İttifaqının sədr müavinidir. Cənub-Şərqi Avropada Əməkdaşlıq Təşəbbüsü Təşkilatının trans-sərhəd cinayətkarlığa qarşı mübarizə üzrə regional mərkəzində Azərbaycan Respublikasının rəsmi nümayəndəsidir. 2001-ci ilin mart ayında Azərbaycan Respublikasının Rumıniyadakı səfiri təyin edilmiş, onun üçün yeni olan diplomatik sahədə fəaliyyətə başlamışdır. Rumıniyadakı səfirliyi Azərbaycan Respublikasının Cənub-Şərqi Avropa regionunda ilk səfirliyi olmuşdur. Bu illər ərzində hər iki ölkə arasında siyasi sahədə əməkdaşlıq, çoxtərəfli münasibətlərdə daimi dəstək, ikitərəfli əməkdaşlıq əlaqələrində isə qarşılıqlı anlaşma və etimad daha da artmış və möhkəmlənmişdir. Azərbaycan Respublikası və Rumıniya arasında səmimi və şəffaf dostluq, əməkdaşlıq münasibətləri yüksək həddə çatmışdır. Yüksək səviyyəli qarşılıqlı səfərlər daha da intensiv xarakter daşımağa başlamışdır. Bir sıra yeni mühüm sənədlər və sazişlər imzalanmışdır.


Səfir E.Həsənov fəaliyyətində hər iki xalqın bir-birinə daha da yaxınlaşdırılması məqsədilə elmi, mədəni əlaqələrin inkişafına xüsusi diqqət yetirmişdir. Belə ki, 2001-ci ildə səfirliyin təklifi və dəstəyi ilə Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti və Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiyasiyası yaradılmışdır və ikitərəfli elmi, mədəni əlaqələrin daha da dərinləşdirilməsi məqsədilə çox aktiv fəaliyyət göstərməkdədir. 2001-ci ildən bu günə qədər Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə, Azərbaycan-Rumıniya əməkdaşlıq münasibətlərinə, Azərbaycan Respublikasının tarixi, incəsənəti, xarici siyasət prioritetlərinə həsr olunmuş "Azərbaycanın dirçəlişi" kitabı rumın və ingilis dillərində, Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin "Zaman və məkan" kitabı, ulu türkün qəhrəmanlıq səlnaməsi "Kitabi Dədə Qorqud" və "Müqəddəs Qurani Kərim", Azərbaycanın tanınmış yazıçıları Anar Rzayevin, Elçin Əfəndiyevin və Çingiz Abdullayevin əsərləri rumın dilinə tərcümə etdirilərək çap olunmuşdur. Qarşılıqlı olaraq dil maneəsinin aradan qaldırılmasını asanlaşdırmaq məqsədilə səfirliyin təşəbbüsü ilə azərbaycanca-rumınca, rumınca-azərbaycanca lüğət çapdan çıxmışdır. 2001-ci ildən səfir kimi fəaliyyətə başladıqdan sonra Azərbaycan Respublikası ilə Rumıniya arasında siyasi, iqtisadi, elmi, təhsil, mədəni sahələrdə dostluq, əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və narkotizm, terrorizm, mütəşəkkil cinayətkarlığa qarşı barışmaz mübarizə aparılmasında böyük töhfələr vermişdir. "İctimai qaydanın mühafizəsi işində əla xidmətlərinə görə" medalı ilə təltif olunmuşdur. Mütəşəkkil cinayətkarlıq, narkotizm, terrorizmə qarşı mübarizə üzrə 22 kitabın, 100-dən artıq elmi işin müəllifidir. Rus, türk, ingilis və rumın dillərini bilir. Evlidir, 3 övladı var. #Fəaliyyəti


● 1972-1977 - Azərbaycan Politexnik İnstitutunun avtomatika və hesablama texnikası fakültəsi; ● 1977-1990 - Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarında müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini və rəisi, Bakı şəhərinin Nizami rayonunun daxili işlər şöbəsinin rəisi; ● 1990-1992 - Gəncə şəhərinin daxili işlər şöbəsinin rəisi; ● 1992-1993 - İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosunun ilk rəisi; ● 1993 - Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin birinci müavini; ● 1993-1995 - Azərbaycan Respublikası Baş Prokurorun birinci müavini; ● 1995-2000 - Azərbaycan Respublikasının Baş Prokuroru; ● 2000 - Azərbaycan Pedaqoji Universitetinin müəllimi; ● 2001 - Narkotizm, Alkoqolizm və digər asılılıqlar üzrə Beynəlxalq təşkilatın və BMT proqramlarının Türkiyə və MDB ölkələri üzrə əlaqələndirici; ● 2001 - Azərbaycan Respublikasının Rumıniyadakı Fövqəladə və Səlahiyyətli Səfiri. ● 2013 - iqamətgahı Belqrad şəhərində olmaqla Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri #Üzv #olduğu #təşkilat#qurumlar - Beynəlxalq Hüquqşünaslar İttifaqının sədr müavini (Moskva); - İnsan Hüquqları və Demokratiya üzrə Avropa Hüquqşünaslar Assosiasiyasının Administrativ Şurasının üzvü (Drezden); - Narkotizm, Alkoqolizm və digər asılılıqlar üzrə Beynəlxalq təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə vitse-prezidenti (Lozanna), təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional ofisinin direktoru (Buxarest); - Cənub-Şərqi Avropada Əməkdaşlıq Təşəbbüsü Təşkilatının trans-sərhəd cinayətkarlığa qarşı mübarizə üzrə regional mərkəzində Azərbaycan Respublikasının rəsmi nümayəndəsi (Buxarest); - Beynəlxalq Kriminologiya Cəmiyyətinin üzvü (Paris); - "Narkotiklərsiz şüur" Dünya Liqasının Fəxri üzvü (Bişkek); - Rumıniya Anti-narkotizm Assosiasiyasının Fəxri üzvü (Buxarest) - Qara Dəniz-Xəzər Dənizi əməkdaşlığı və tərəfdaşlığı üzrə beynəlxalq fondunun vitse-prezidenti (Buxarest) KƏLBƏCƏRİN ALİM ZİYALILARI burdan bax.

コメント


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page