Coşua Kuçera adlı araşdırmaçı jurnalist işğal olunmuş rayonlarımızdan birinə - Kəlbəcərə səfər edib və sonradan ilginc məqalə ilə çıxış edib. Bəri başdan qeyd edək ki, jurnalist həmin ərazilərə səfər etməzdən öncə Azərbaycanın Xarici İşlər Nazirliyinə müraciət edərək işğal olunmuş rayonların Azərbaycanın halalca torpaqları olduğunu və ərazi bütövlüyümüzü tam dəstəklədiyini bəyan etməsindən sonra rəsmi Bakı tərəfindən ona yaşıl işıq yandırılıb. Məqaləni orijinaldan bu linkdən oxuya bilərsiniz: https://eurasianet.org/s/for-armenians-theyre-not-occupied-territories-theyre-the-homeland?utm_source=dlvr.it&utm_medium=twitter Məqalədə təbii ki, Azərbaycanın maraqlarına uyğun olmayan məqamlar da var. Misal üçün işöaldan öncə Kəlbəcərdə yaşayan əhalinin sayı düzgün göstərilmir və Kəlbəcərdə işaldan öncə cəmisi bir neçə yüz kürd əslli vətəndaşın yaşamasına baxmayaraq onların sayı şişirdilib.
Amma məqalədə Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı və sakinlərinin öz evlərindən qovulması öz əksini tapıb. Ermənilər özləri etiraf edirlər ki, az qala ərazisi Dağlıq Qarabağın yarısı qədər olan ərazisinə görə Azərbaycanın ən böyük rayonu olan Kəlbəcərdə bu gün cəmisi 600 nəfər sakin yaşayır. Əlbəttə, kimsə iddia edə bilər ki, jurnalist özündən yeni Amerika kəşf etməyib və Kəlbəcərin doğrudan da erməni silahlı birləşmələri tərəfindən işal olunduğu və qeyd-şərtsiz oranı tərk etmələrini özündə əks etdirən 822 saylı BMT qətnaməsi var və 25 ildir ki, hələ də icrasını gözləyir. Amma nəzərə almaq lazımdır ki, Kəlbəcərin işğal altında olmasının BMT qətnaməsi tərəfindən etiraf olunması məsələnin bir tərəfidir, amma hal-hazırda orada qanunsuz məskunlaşanların özlərinin bu həqiqəti etiraf etməsi xüsusi önəm daşıyır.
Məqalədə diqqətçəkən bir məqam onan ibarətdir ki, XİN-nin işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyətlərə dair hesabatına istinadən Ermənistanın qəsdən Kəlbəcərdə məskunlaşdırma siyasəti apardığı və bunun münaqinin həllini əgəllədiyi xüsusi olaraq vurğulanır. O da əlavə olunur ki, Cenevrə Konvensiyalarına əsasən bu kimi qeyri-qanuni əməllər hərbi cinayətlərdir. Müəllif özü də etiraf edir ki, Kəlbəcərdə ermənilər heç vaxt yaşamayıblar. Maraq çəkən məqamlardan biri qondarma rejimin təmsilçisi kimi özünü təqdim edən xanımın Azərbaycanlıların timsalında bütün müsəlmanları təhqir etməsi, o cümlədən hər bir müsəlmanın çadra altında bomba gəzdirdiyini deməsidir. Bu da açıq şəkildə nifrət nitqi və İsmafob yanaşmanın və Ermənistanın münaqişəyə dini don geyindirmək cəhdlərinin göstəricisidir. Sonda bir daha qeyd edək ki, məqalənin müəllifi Coşua Kuçera işğal olunmuş ərazilərə səfər üçün əvvəlcədən Azərbaycan XİN-nə müraciət edib və Azərbaycanın qanunlarına hörmət etdiyini bildirib.
Moderator.az
Comments