Kəlbəcərdə astronomik stansiya qurulması layihəsi Nazirlər Kabineti tərəfindən bəyənilib. Lakin bu istiqamətdə işlərin aparılması üçün bir müddət daha gözlənilməli olduğu qeyd edilib.
Kalbajar.com Modern.az-a istinadən xəbər verir ki, bunu "Trend"ə AMEA Şamaxı Astorfizika Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılov bildirib.
Onun sözlərinə görə, azad olunan ərazilərdə infrastruktur qurulduqdan sonra işə başlanılacaq.
"İlkin olaraq görüləcək iş astronomik stansiyanın yerinin dəqiqləşdirilməsi ilə bağlı tədqiqat aparılmalısıdır. Çünki bunun üçün xüsusi iqlim zonası seçilməlidir", - deyə o əlavə edib.
Comments