top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

Kəlbəcər şəhərində Şəhərsalma məsələləri üzrə İşçi qrupun iclası keçirilib – YENİLƏNİB

Sentyabrın 7-də Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Şəhərsalma məsələləri üzrə İşçi qrupunun Kəlbəcər şəhərində növbəti iclası keçirilib.


Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, İdarələrarası Mərkəzin katibliyinin rəhbəri Nüsrət Süleymanov və Şəhərsalma məsələləri üzrə İşçi qrupunda təmsil olunan qurumların nümayəndələri iştirak ediblər.

Kalbajar.com AZƏRTAC-a istinadən xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətovun sədrliyi ilə keçirilən iclasda Kəlbəcər rayonunda aparılan şəhərsalma fəaliyyəti və layihələndirmə işləri haqqında ətraflı məlumat verilib, daxili yol-küçə şəbəkəsinin planlaşdırılması, yaşayış məntəqələrinin elektrik enerjisi və su ilə təminatı, eləcə də digər infrastruktur obyektlərinin bərpası istiqamətində görüləcək işlər, bölgənin turizm potensialının inkişafı məsələləri müzakirə edilib. İşçi qrupun iclaslarının artıq bir qayda olaraq işğaldan azad olunmuş şəhərlərimizdə keçirilməsini sevindirici bir hal olduğunu qeyd edən Komitə sədrinin birinci müavini, iclasın Kəlbəcərdə ilk dəfə keçirildiyini vurğulayıb.

Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın tədbirlər planında nəzərdə tutulan məsələlərin vaxtında və keyfiyyətlə icra edilməsi üçün aidiyyəti qurumlar tərəfindən görülmüş və görüləcək işlərin müzakirə edilməsi, müvafiq tapşırıqların verilməsi üçün iclasın əlverişli platforma rolunu oynadığı qeyd edilib.

İclasda məlumat verilib ki, Kəlbəcər şəhərinin Baş planı hazırda aidiyyəti dövlət qurumları ilə razılaşdırma mərhələsindədir. Ölkə rəhbərliyinin göstərişləri əsasında inkişaf konsepsiyasına uyğun olaraq rayon infrastrukturu sürətlə yenilənməkdədir. Cari ildə dövlət başçısı tərəfindən Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin, 960 şagird yerlik orta məktəb binasının, habelə rayonun Zar, Zallar və Yanşaq kəndlərinin təməli qoyulub. Qeyd edilənlərin layihələndirməsi ilə yanaşı, İstisu qəsəbəsində mehmanxana kompleksi və su istehsalı zavodu tikilir.

Mövcud plan üzrə 2023-cü ildə Kəlbəcər rayonunda daha 7, 2024-cü ildə isə 4 yaşayış məntəqəsinin layihələndirilmə işləri aparılacaq. Ümumilikdə 2026-cı ilədək 1-i şəhər, 1-i qəsəbə, 13-ü kənd olmaqla 15 yaşayış məntəqəsinin bərpası həyata keçiriləcək.

Həmçinin bildirilib ki, işğaldan azad edilmiş torpaqlarda yaşayış ərazilərinin minalardan təmizləmə prosesi də sürətlə davam etdirilir. Belə ki, 2023-cü ilin 8 ayı ərzində rayonda yaşayış məntəqələri torpaqları üzrə təxminən 1105 hektar sahədən 653 hektarı minalardan təmizlənib.

İnfrastruktur məsələlərinə gəldikdə, Kəlbəcər şəhərində yaşayış məntəqələrinin küçə-yol şəbəkəsinin qurulması istiqamətində ümumi uzunluğu 27,08 km olan yol-küçə şəbəkəsinin hazırda 18,87 km-lik hissəsi layihələndirildiyi qeyd olunub.

Eyni zamanda, Kəlbəcər rayonunda 2026-cı ilə qədər təxminən 2000-ədəd fərdi yaşayış evinin və 1500 ədəd mənzilin - ümumilikdə 3500-ədəd evin tikilərək istismara verilməsi nəzərdə tutulur. Kəlbəcər şəhərində tikiləcək evlərə ilkin mərhələdə 2024-cü ildə olmaqla bütövlükdə 5000-dən artıq, kənd və qəsəbələrə isə 8000-ə yaxın, ümumilikdə 13000-ə yaxın insanın köçürülməsi planlaşdırılır.

İclasda bu günədək Kəlbəcər ərazisində həyata keçirilmiş işlərə dair məlumat verildikdən sonra müzakirələr zamanı qarşıdakı dövrdə görülməsi planlaşdırılan məsələlərə dair müvafiq tapşırıqlar verilib.

Daha sonra Şəhərsalma məsələləri üzrə işçi qrupunda təmsil olunan qurumların nümayəndələri Kəlbəcər şəhərində inşası aparılan ilk yaşayış məhəlləsinə baxış keçiriblər.

11:20

Əlaqələndirmə Qərargahının rəhbərinin müvafiq tapşırığına əsasən, Şəhərsalma məsələləri üzrə İşçi qrupun növbəti iclası Kəlbəcər şəhərində keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu iclas Şərqi Zəngəzur iqtisadi rayonunda Şəhərsalma məsələləri üzrə işçi qrupunun ilk iclası olmaqla yanaşı, Kəlbəcər şəhərində baş tutan birinci iclasdır.

Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page