top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

"Kəlbəcər təbii sərvətlər diyarıdır" - Mirvari VERDİYEVA




Kəlbəcər rayonu Azərbaycanın Kiçik Qafqaz dağlarında və dağarası çökəklikdə yerləşən əraziyə malikdir. Kiçik Qafqaz Kanyazoy erasında Alp-Himalay dağəməlgəlməsi prosesində əmələ gəlmişdir və geoloji baxımdan əsasən maqmatik süxurlardan təşkil olunmuşdur. Dağların çökək ərazilərində və dağ ətəklərində çökmə süxurlar formalaşmışdır. Dağəmələgəlmə prosesi Yer qabığının qalxması ilə yanaşı, vulkan püskürmələri ilə müşahidə olunmuşdur və çox yerdə səthə çıxan maqma soyuyaraq səthdə vulkanik süxurlara çevrilmişdir. Maqmanın geniş sahələrə yayılması Qarabağ vulkanik yaylasını, Qoşdaş, İlxıqoruğu, Sarıyer, Taxtadüzü kimi yaylaları yaratmışdır. Kəlbəcər şəhərinin və Geştək kəndinin yerləşdiyi qayaüstü düzənliklər isə Tərtər çayının dərəsi ilə kəsilmiş ərazilərində soyumuş maqma bazalt sütunları-qayalıqlar yaratmışdır. Bəzi hissələrdə isə lava yüksək dağlıqda sürətlə soyumaqla yanaşı, şaxtalarla müşahidə olunan dağ iqliminə dözməyərək çatlamalarla müşayyət olunaraq çınqıllıqlar-Pəri çınqılı, Ayı çınqılı kimi əraziləri formalaşdırmışdır. Səthə çıxa bilməyən maqma isə Yer qabığının müxtəlif qatlarında süxurları qaldıraraq dağları formalaşdırmaqla yanaşı, dərinliklərdə soyuyaraq filiz faydalı qazıntılarını əmələ gətirmişdir.

Kəlbəcər uzun illər elmi araşdırmalardan kənarda qalmışdır. Bu da əsasən paytaxdan uzaqda yerləşməsindən, ucqar dağ rayonu olduğundan, şosse yolların olmamasından asılı olaraq çox gec öyrənilməyə başlanmışdır. Kəlbəcərin tədqiqi əsasən 1950-ci illərdən sonra müntəzəm öyrənilməyə başlanmışdır.

Geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan SSR EA-nın akademiki Mirəli Qaşqay, Akif Məmmədov bu axtarışlarda xüsusi olaraq fərqlənmişdilər. Kəlbəcərdə obsidian və perlit yataqlarının kəşfi Mirəli Qaşqayın adı ilə bağlıdır.



Coğrafiyaşünaslardan akademik Həsən Əliyev, akademik Budaq Budaqov, alim-şair İdris Verdiyev, prof.Məcid Hacıyev, Rafik, Üzeyir, Almas, İldırım müəllim kimi tanınmış coğrafiyaşünasların ən çox tədqiqat apardıqları rayon məhz Kəlbəcər olmuşdur. Eyni zamanda ADPU-nun və BDU-nun Coğrafiya ixtisası üzrə təhsil alan tələbələrin çöl təcrübəsi də Kəlbəcərdə aparılırdı. Alimlərin diqqətini cəlb edən Kəlbəcərin zəngin yeraltı və yerüstü sərvətləri və möhtəşəm mənzərələri idi. Eyni zamanda qonaqpərvər, təbiətsevər insanların olması da tədqiqatların aparılmasında əsas rol oynamışdır. Dos.Mustafa Əliyev, dos.Yavər Əliyev, Oqtay Rza, prof.Nizaməddin Allahverdiyev, dos.Akif Məmmədov, dos.Bəhlul Cəfərov və s. coğrafiyaşünaslar ADPU-nun III kurs tələbələrinin çöl təcrübəsinin məhz Kəlbəcərdə keçirilməsini daha çox məqsədəuyğun hesab edirdilər. Çünki, Kəlbəcərdə ilk öncə süxurların yatım formasını müşahidə etmək olduqca maraqlı tədqiqatların aparılmasına imkan verirdi. Xüsusilə də, Tərtərçay və Tutquçay dərəsi boyunca belə süxurları müşahidə etmək əlverişli sayılırdı. Eyni zamanda Kəlbəcərin müdafiə məqsədi ilə tikilmiş Comərd, Lök, Qalaboynu, Keçikçi, Uluxan və s. qalalardan ətrafa baxmaqla kəndlərin salınmasının, əhalinin məskunlaşmasının və müdafiəsinin təminatı barədə dəqiq elmi nəticə əldə etmək mümkün idi.

Kəlbəcərdə çoxlu sayda mineral və termal bulaqlar verdı. Bu bulaqları tədqiq etməklə süxurların tərkibi və temperaturu haqqında fikir söyləmək asanlaşırdı. Yuxarı və Aşağı İstisu, Qoturlu İstisuyu, Fontan, Zöhrəçayın sol sahilində tədqiq edilmiş, lakin istifadəyə verilməmiş İstisu yataqları Azərbaycanın ən qiymətli xəzinəsi idi. Kəlbəcər İstisuyunun Çexoslovakiyadakı Karlovı-Varı isti suyundan daha keyfiyyətli olması bütün dünya alimləri tərəfindən qəbul edilmişdi. Müxtəlif tərkibli mineral bulaqlar müxtəlif xəstəliklərin dərmanı kimi analiz edilmişdir. Şaplar və Boyaxlı Turşsuyu keyfiyyətinə görə daha qiymətli dərman hesab edilirdi.


1984-cü ildə istifadəyə erilmiş Kəlbəcər Tarix-Diyarşünaslıq muzeyinin binası Kəlbəcərdə yerləşən tikinti materiallarından təşkil olunmuş mozaika üzlüyü ilə bəzədilmişdir. Burda 350 adda və müxtəlif rəng çalarlarına malik travertin, mərmər, obsidian (dəvəgözü), qabbro, araqonit, serpentinit, traktolit, nefritid, pemza, listvenit, kvarsit, xalsedon, müxtəlif tuflar, porfirit, bazalt, perlit və s. muzeyə gözəllik bəxş edirdi. Ümumiyyətlə muzey 1200 adda Kəlbəcərdən çıxan tikinti materiallarından tikilmişdi. Alimlər elə bu xüsusiyyətinə görə geologiya-arxitektura muzeyi adlandırırdılar. Muzeyin ilk salonunda “Kəlbəcərin tikinti materialları” adlı xəritə vardır. Bu eksponatda Kəlbəcər ərazisində kəşf edilmiş bütün faydalı qazıntılar göstərilmişdir. Eyni zamanda bu salonda filiz faydalı qazıntılarından nümunələr də eksponatlar sırasında yer almışdı-xalkopirit, mərmər, kvarslaşmış argillit, andezit, dağ billuru, dəmir filizi, kalsit, qranit, anhidrit, polimetal və s. Muzeyin rəy kitabında SSRİ Nazirlər Soveti tərəfindən təşkil edilmiş XXVII Beynəlxalq Geologiya Konqresi iştirakçılarından bir qrup xarici ölkə nümayəndləri olan geoloq-alimlər Kəlbəcər muzeyinə gələrək təbii sərvətlərlə zəngin olan bu əraziyə heyran qaldıqlarını yazaraq bildirmişdilər.


Kəlbəcərin Söyüdlü qızıl mədəni SSRİ dövründə zəngin qızıl yataqları kimi qiymətlənmişdir və istismara verilmişdir. Lakin istismarını rusların rəhbərliyi altında Ermənistan aparırdı. 1969-cu ildə akademik Həsən Əliyev Moskvadan 12 kartoqraf gətirdi və sübut etdilər ki, qızıl yataqları Kəlbəcər ərazisindədir. Azərbaycan istismara rəhbərlik etməlidir. İstismarı Azərbaycana verməsələr də, Kəlbəcər əhalisinin mədəndə işləməsinə icazə verdilər. lakin erməni təxribatı tezliklə özünü göstərməyə başaldı. Nədənsə Kəlbəcərdən olan fəhlələr daima uçqun altında qalırdılar və həlak olurdular. Nəhayət, Kəlbəcərlilərdə belə bir fikir fomalaşdırmağa nail oldular ki, tunel işləmək üçün təhlükəlidir. Bundan sonra Kəlbəcərlilər mədəndə işləməkdən imtina etdilər və ermənilər Söyüdlü qızıl mədəninə sahibləndilər.


Kəlbəcərdə zəngin civə yatağı vardı 3 böyük yataqdan yalnız Ağbulaq və Şorbulaq civə yatağı istismara verilmişdir. Sonralar aydın oldu ki, texnologiya köhnə olduğundan civəni tamamilə süxurdan ayırmaq mümkün olmur və əldə edilmiş məhsul maya dəyərini ödəmir. 80-ci illərdən başlayaraq fasilələrlə, sonralar isə civənin istismarı tamamilə dayandırıldı. Civə dünyada nadir tapılan və olduqca qiymətli filizdir. Kəlbəcərin polimetal və uran yataqları isə əl dəyilməmiş qalmışdı...

Kəlbəcərin torf, əhəng yataqları əhali tərəfindən kustar üsulla emal edilərək istifadə edilirdi. El ağsaqqallarımız Hümmət Həsənov və İdris Verdiyev əhəngin istehsal texnologiyasını yaddaşlarında qoruyub saxlamışdılar. “Hümmət Həsənov-90” kitabında əhəng istehsalının texnologiyası verilmişdir.

Kəlbəcərin zəngin bitkilər aləmi vardır və onları bir neçə qrupa bölmək olar:

1. Dərman bitkiləri (qida və təbabətdə istifadə üçün əhəmiyyətli olan).

2. Çiçəkli bitkilər (qida, bəzək və parfumeriya üçün əhəmiyyətli olan).

3. Tikinti materialı, mebel və musiqi alətləri istehsalı üçün əhəmiyyətli olan.

Kəlbəcərin təbiəti turizm üçün əvəzolunmaz möhtəşəm məkandır...

Dos.Mirvari Verdiyeva

ADPU-nun fəlsəfə doktoru

Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page