27 May 2019-cu il tarixdə Kəlbəcər rayon İcra Hakimiyyətində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 101 illiyinə həsr edilmiş tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Tədbirdə giriş sözü ilə çıxış edən rayon İcra Hakimiyyətinin Baçşısı cənab Aqil Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən, müsəlman Şərqində ilk demokratik respublikanın 23 aydan sonra süquta uğramasının səbəblərindən danışdı. Natiq Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir müstəqil Azərbaycan Dövlətinin yaranmasında, möhkəmlənməsində və dünyaya tanınmasında ulu öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərini vurğuladı. Tədbirdə çıxış edənlər Ümummilli lider Heydər Əliyev ideyalarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini, ölkəmizin dinamik inkişaf etdiyini söylədilər və Azərbaycanın daha parlaq sabahına böyük inamlarını ifadə etdilər.
Comments