“Kəlbəcər harayı” rayon qəzetinin 85 illik yubileyi münasibəti ilə Kəlbəcər rayon İcra hakimiyyətinin akt zalında rayon ictimaiyyətinin iştirakı ilə geniş tədbir keçirildi.
Tədbiri giriş sözü ilə Kəlbəcər Rayon İcra Hakimiyyət başçısı cənab Aqil Məmmədov açaraq bildirdi ki, müstəqil Azərbaycanın ən böyük nailiyyətlərindən biri azad mətbuatın formalaşmasıdır. Bu proses ulu öndər Heydər Əliyev tərəfindən mətbuat üzərində senzuranın götürülməsi ilə başlanmış, hər bir sahədə onun ideyalarını layiqincə inkişaf etdirən möhtərəm prezidentimiz İlham Əliyevin jurnalistlərə azad mətbuatın tərəqqisinə göstərdiyi qayğı ilə davam etdirilir. Natiq rayon qəzetinə və onun kollektivinə yaradıcılıq uğurları arzulayaraq gənc nəslin vətənpərvərlik tərbiyəsi, adət-ənənələrimizə hörmət, şəhid ailələrinə, müharibə əlillərinə və müharibə veteranlarına qayğının göstərilməsi, rayonumuzun sosial-iqtisadi tərəqqisi, vətəndaşlarımıza dövlət qayğısı, ümumiyyətlə, həyata keçirilən tədbirlər və qarşıya qoyulan hədəflərin təbliği və təşviqi kimi tale yüklü məsələlərin işıqlandırılması “Kəlbəcər harayı” qəzetinin əsas vəzifəsidir.
Tədbirdə çıxış edən “Kəlbəcər harayı” rayon qəzetinin baş redaktoru Zahid Muxtarov və qəzetin digər əməkdaşları mətbuat işçilərinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
Sonda “Kəlbəcər harayı” rayon qəzetinin əməkdaşlarına Kəlbəcər rayon İcra Hakmiyyətinin Fəxri Fərmanı və hədiyyələr təqdim edildi.
Kommentare