Milli Daşqın (Mayılov Daşqın Ziyəddin oğlu) 1975 –ci ildə İsti su qəsəbəsində doğulub böyümüşdür. 1992-də Milli kəndində orta məktəbi bitirib, 17 yaşı tamam olmamış könüllü cəbhəyə getmişdir. 1993-cü ildə hərbi məktəbə daxil olmuşdur.1994-cü ildə məktəbdən uzaqlaşan Daşqın sıravi xidmətini 1998-ci ilə qədər davam etmişdir. Ailəlidir, 2 oğlu, bir qızı var. Şeirləri :
Qaytarın məni Ehh..._Vətən deyəndə içim göynəyir, Doğma yurd yerinə yollayın məni. Qoyun mancalağa sapand daşı tək, Burdan Kəlbəcərə tullayın məni. Atın Murov dağın başından məni, Özünü qayadan atanlar kimi. Can Vətən,üzünə necə baxım mən, Ismətin,həyasın satanlar kimi. Köçkünlük cəhənnəm oduna bənzər, Burda gülüş qaçıb dodaqlarımdan. Nə barım,nə də ki,bəhərim olmaz, Lay-lay buz sallanar budaqlarımdan. Əlacım olsaydı uçub gedərdim, Bir an burda durmaq istəmirəm mən Yuvasız quş kimi yad budaqlara , Qonub yuva qurmaq istəmirəm mən. Ehh..._Vətən deyəndə, içim göynəyir, Doğma yurd yerinə yollayın məni. Qoyun mancalağa sapand daşı tək, Burdan Kəlbəcərə tullayın məni.
"Kəlbəcərin işğalından 24 il ötür" *** Hər aprel gələndə yaram sızlayır, Ürəyim ağzıma dəyir,yazmıram! Ruhum ləliy olur,canım buzlayır, Bir həsrət içimi yeyir,yazmıram! Bu il Kəlbəcərə şeir yazmıram! Düz deyin nə yazım əsir dağlara? O yetim dağlara,yesir dağlara... Allahın özü də küsür dağlara, Kəsir nəzərini əyir,yazmıram! Bu il Kəlbəcərə şeir yazmıram! Nələr "yatmaq" olar?_"oyanmaq"olar! Nələr göz yaşında yuyunmaq olar? Nələr dözmək olar,dayanmaq olar? Eh,təbim nə deyir - deyir,yazmıram! Bu il Kəlbəcərə şeir yazmıram! Ürəyim doluymuş,dərdim kalanmış, Mələk bildiklərim əffi ilanmış... Şeir də "vəd vermək"kimi yalanmış, Misralar üzümə söyür,yazmıram! Bu il Kəlbəcərə şeir yazmıram! Daşqın, göz yaşların vüsaldan deyil, Balalar sorduğu sualdan deyi...! Dindirməyin, halım o haldan deyil, Qələmim yaz deyir,xeyir!__ yazmıram! Bu il Kəlbəcərə şeir yazmıram! -Çarpaz təcnis- Səhralar qovrulur qovurğa kimi, Günəş göydən yerə od ağlar-ağlar! Aranda dağ deyib,dağlanır canım, Mənim də dərdimə o dağlar ağlar. Dağlar namə yazıb Qarqar gətirib, Bir namə gözlərəm a.., yazdan bəri. Qar düşüb zirvəyə qar qar gətirib, Ruhum sərinləmir ayazdan bəri. Dərdə ov olmasan,a Daşqın olmur, Işə bax ovçuya indi ov cuma. Nə sellər kükrəmir,nə daşqın olmur, Nə dağlar gözlərin sıxmır ovcuma Milli Daşqın Qeyd: Saytda hər hansı şairimizin paylaşasın etməmişiksə xahiş olunur bizimlə əlaqə saxlasın saytda işıqlandıraq.
Comments