top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

"Kəlbəcər o qədər gözəldir ki, hərəni bir cür duyğulandırır"-Şahlar ƏSGƏROV


Manevr.az professor Şahlar Əsgərovun Ələmdar Cabbarlının “QIZIL” kitabı barədə düşüncələrini təqdim edir:  


"Fərdi və kütləvi gözəllikləri və ağrılar. Deyirlər ki, hər üç kəlbəcərlinin ikisi şairdir. Kəlbəcər o qədər gözəldir ki, o gözəlliklər hərəni bir cür duyğulandırır. Fərdi gözəllikləri və ya agrıları qələmə almaqda poeziyanın qüdrəti böyükdür. Elin, obanın, toplumun dərdini şeirlə ifadə etmək, söyləmək çətindir. Bu səbəbdən də hamımızım şair Ələmdar kimi tanıdığımız BDU– nun gənc müəllimi bu gün bizə “Qızıl” kitabını – povest və hekayələrini təqdim edir. Kəlbəcərin, Qarabağın dərdi “Qızıl” kitabında hekayə və povest şəklində təqdim olunur. Kəlbəcərin, Qarabağın dərdi poeziyaya sığmaz dərəcədə böyükdür. İctimai dərdin yükünü poeziya çəkə bilməz. Kitab haqda. Kitabdakı “Kino” povesti hazır bir kinodur. Ələmdar yazıb, kimsə lentə alar, inşallah. Mən “Aptekçi” və “Qızıl” hekayələri haqda bir– iki kəlmə demək istəyirəm. “Aptekçi” hekayəsinin qayəsi işğaldan qabaq və sonrakı kəlbəcərlilərin həyat tərzi və sağlamlığıdır. Hekayədə məğrur duruşlu, bəzən sərt baxışlı insanlarının qaçqınlıq döründə vəziyyəti təsvir olunur. Tarxur istəyən Koroğluya oxşar kişi kimi. O zamanlar demək olar ki, elə Azərbaycanın hər yerində, Bakıda da insanlar çox sağlam idi. Bakının bu ərazisində cəmi-cümlətan bir aptek var idi. İndi isə yüzlərlədir. Niyə? Düşünən varmı? Hər kəs öz kəndinin tarixin yazsın. “Qızıl” hekayəsi Kəlbəcərin bir kəndinin (çox güman ki Ağcakəndin) qara gəlmiş acı tarixidir. Sağ olsun, Ələmdar ki, bu tarixi yazdı. Yazdı ki, ermənilər bizə necə zülm verdilər. Hər kəlbəcərlini Ələmdar kimi öz kəndlərinin acı tarixini yazmağa çağırıram. "Qoymayın ana və bacılarımızın yaşadığı o zülmlü günlər yaddan çıxsın." Bu fikirləri ulu öndər Həydər Əliyev kəlbəcərlilərlə görüşdə demişdi. Demişdi ki, hadisələr nə qədər ağır, kədərli olsa da onu yaşatmalıyıq və nəsildən-nəsillərə ötürməliyik. Tarix unudulanda təkrar olur. 1918-ci ilin zülmlərini unutduq ki, 1993– cü ilin zülmlərini yaşadıq. Yaşam fəlsəfəsi. Xəritəmiz tariximizdir. Bu gün xəritəmizə baxanda utanıram, elə bil qurd tut yarpağını yeyibdir. Cavid Qurbanov da bu sözü dedi. Əvvəllər torpaqlarımız sərhəddən yeyilirdi. İndi ermənilər içəridən gəmirirlər. İnsan doğulandır, öləndir. Nəyi kimə qurban verməliyik? Ölən ölməzə qurban verilməlidir. Döyüşüb ölməliydik, torpağı verməməliydik. Kəlbəcərlilər uzun illər dövlətə vergi ödəmişlər ki, yeri gələndə dövlət onu qorusun. Amma qorumadı. Çünki, o dövlət doğma deyildir... Bəzilərimiz deyirik: Qarabağ qayıdanda qurban kəsəcəm. Özümüzü qurban verməsək, Qarabağın qayıtması çətindir." BDU, 20.04.18

Manevr.az


Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page