top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

Kamil Təbib İsayev dünyasına səyahət


Kəlbəcər poeziyasında özünəməxsus şeirləri ilə tanınmış el şairlərimizdən biri də Kamil Təbibdir. Şeirlərində rəvanlıq vardı. Kəlbəcərin klassik ənənələrinə söykənmiş gəraylıları, qoşmaları , təcnisləri və "Haray çəkin əsir dağlar" bir daha Kamil Təbibi oxuculara tanıtdırdı:


Kamil (Təbib) İsayev Saat oğlu 1961 ci ildə Kəlbəcər rayonunun Qalaboyun kəndində dünyaya göz açıb. 1975 ci ildə Kəlbəcər şəhər 2 saylı orta məktəbini,1980 ci ildə tibb texnikumunu bitirib. 1988 ci ildə Azərbaycan Slavyan Unirsitetini müvəffəqiyyətlə bitirib,Qalaboyun kənd orta məktəbində müəllim,dərs hissə müdri vəzifəsində çalışmışdır. Orta məktəb,tələbəlik illərindən yazıları ara-sıra çap olunsa da,1993 cü ildən dövrü mətbuatda şeirləri (Divani,Təcnis,Qoşma,Gəraylı, və s. janrda)mütamadi olaraq çap olunur.Vaxtaşrı Azərbaycan Respublikasının mərkəzi və regional radio-televiziya verlişlərində sazın-sözün təbliği,vətən həsrətli şeirləri ilə çıxışlar edir. QİSMƏT OLSA ZİYARƏTİM VƏTƏNDİR “ adlı ilk kitabı 2004 cü ildə Azərnəşr tərəfindən işıq üzü görmüşdür. 2015 ci ildə “HARAY ÇƏKİN ƏSİR DAĞLAR” adlı ikinci kitabı Azərnəşr tərəfindən 1000 tirajla çap edilmişdir. Haray çəkin, əsir dağlar, Elin şalir oğlu gedir... Dərd əlindən, qəm əlindən, Bir sinəsi dağlı gedir. Nəmdi gözlər, laldı dillər, Qan ağlayır məğrur ellər... Qızıl qələm tutan əllər Bir-birinə bağlı gedir. Kamil dönüb bir yumağa, Oğulsansa döz bu dağa... Sücaət uyan torpağa, İndi Vətənoğlu gedir.


SALAM VERƏR

Arif adam ədəb-ərkan gözlüyər, Salam verəndə də, xoş salam verər. Bu hikmətin mənasını qanmıyan, İki barmağında boş salam verər.

Nadan lovğalanar,mil dura-dura, Kor tikan becərər gül dura-dura. Əlləri cibindıə,dil dura-dura, Başını yelliyər,baş salam verər.

Kamil,yetib bir kamala dolmuyan, Görüb götürmüyən,ibrət almıyan, Qəlbi bir-birinə yaxın olmuyan, Yay salam verəndə,qış salam verər.

SAXLIYA BİLMƏZ

Sərraf bazarında naşı bəzirgan, Ləlin qiymətini yoxluya bilməz. Quşu gözdən vuran nabələd ovçu, Yad elin maralın oxluya bilməz.

Biz necə gəlmişik bu şən həyata, Vay o kəslərəki ,zəhməti bata. On oğul saxlayar ,bir ahıl ata, On oğul bir ata saxlıya bilməz.

Kamil, ox süzərmi kaman olmasa, Yaxşı nə bilinər yaman olmasa. Şairi saxlıyan zaman olmasa, Kimsə dar günündə haxlıya biməz.

Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page