top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

''İstisu''yun qarşısında donan nitqim

Updated: Sep 29, 2019

Kəlbəcərli gənc Samir Mustafayevdən ürək dağlayan,qəlb sızladan sözlər… “İstisu”yun qarşısında donan nitqim

Bu il artıq onuncu ildir ki,Bakıdayam və bu illər ərzində yaralı Kəlbəcərimizin ictimai,siyasi işlərində gənc yaşlarımdan yaxından iştirak etmişəm.Bakıda yaşayan Kəlbəcər ətirli ziyalılarımızın ətrafında olmuşam. Dəfələrlə dəyərli insanlarımızdan eşitmişəm ki,keçmiş millət vəkilimiz,hazırda Azərbaycan Dövlət Nəşriyyatının Baş redaktoru hörmətli Əlövsət müəllimin İçərişəhərdə yerləşən iş otağında 27 il bundan qabaq Kəlbəcərdən gətirdiyi “İstisu” yüksək bir yerdə böyük hörmət və diqqətlə qorunub saxlanılır. Bir neçə dəfə görmək istəsəm də ürəyim gəlməyib.Hətta dəfələrlə Əlövsət müəllimlə görüşüb müsahibə almaq imkanlarım olasa da,yenə də bu görüşdən qaçıb video operator dostumuz Xaqani müəllimi tək göndərmişəm.Səbəb İstisuya nə üzlə baxmağım olub.

Bir zamanlar atam,anam,dayılarım Dünyada tayı bərabəri olmayan bu qiymətli mineral suyun zavodunda çalışıblar. Bu gün isə ermənilərin dağıtdığı xaraba qalmış qaz zavoda,ətrafını təmir edib çimdikləri yerdən qaynayan min dərdin dərmanı olan bulaqlara internetdə baxdıqca kövrəlirlər. Rəhmətlik Vaqif dayım İstisu zavodun rəhbərləri olmuş Hacıyev Tofiqin,Bayramov Frontun şəxsi sürücüsü işləyib.Öz halallığıyla hər birinin hörmətini qazanıb. Atam yuxusuz gecələrdə Qaz zavodda minlərlə suyun istehsal olunmasına ürəkdən xidmət edib. Anam birqadir işləyib. Coşqun dayım gecə növbəsində ac qalıb,ancaq iş dayanmasın deyə işini tərk etməyib.Hətta bu gün də dilimizdə əzbər olan “İştahdan kəsilib çöpə dönmüşəm”,”Qatıqdan, qaymaqdan göndərin mənə”adlı şeirinidə bu gün tamarzı qaldığımız,dünyanın ən unikal,mineral tərkibinə görə ən zəngin suyunun çıxdığı yerdə-İstisu zavodda yazıb.

Bunların qarşısında “İstisu”yla görüşməyə xəcalət çəkirdim.Ancaq bunların fonunda nə qədər uzaq qaçsam da,ürəyimdə bir görüşmək arzusu da varıydı və bu istək məni çəkirdi.Beləcə, Bakıda olduğum on ilin tamamında görüşdük. Bağlanc yeri bir balaca pas atmış içi su ilə dolu şüşəni əlimə almağa çalışdım.Lakin nə qədər etdimsə qapını aça bilmədim,elə bil məni yox düşmənini görürdü və məndən qaçmağa çalışırdı.Bunu görən dəyərli ziyalımız Əlövsət müəllim özü yerindən durub gəldi və çox rahat qapını açdı.Bəlkə də bu “İstisu” Əlövsət müəllimin ona necə sədaqətli olmasını duyurdu.Məni ilk dəfə gördüyündən ehtiyat edirdi.Günahı da yoxuydu, indi kimə etibar qalıb ki.Çətinliklə də olsa əlimə ala bildim bu ruhu isti,qaynar olan,amma,soyuqluqdan donan “İstisu”yu… Sanki bu cansız,dilsiz ağıssız şüşə dil açıb danışdı.Mən isə onun qarşısında cansız bir əşyaya döndüm.

Dilim gödəy idi,səndən qaçardım,

Bilirdim tutassan qınağa məni.

Mən lala dönmüşəm, sən danışırsan,

Salmısan ən ağır sınağa məni.

****

Bu görüş ömrümdə bir üz qaramdı,

Kəsdiyin şərtlərin dərin yaramdı.

Vətənsiz ölməyim dedin haramdı,

Babalı qoymusan sən,ağa məni.

****

Nahaq xəbər aldın yaxını,yadı,

Bilirsən,qaçıbdı dünyanın dadı.

Çıxıb xatirimdən Kəlbəcər adı,

Tulla oğulluqdan qırağa məni.

****

De necə gəlmisən bax bu Şəhərə,

Son qoy bu ağrıya,son qoy kədərə.

Qaytar özün ilə çatım bəhərə,

Çıxart bu zülümətdən çırağa məni.

****

“ İstisu”,olmuşuq bir-birə naşı,

Samirin başına sal ağır daşı.

Kor et gözlərimi qurusun yaşı,

Həsrət qoy bir yaşlı yanağa məni.

Samir Mustafayev 25.09.2019. Bakı şəhəri

Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page