top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

İMANOV KÖÇƏRİ ALLAHVERDİ OĞLU


İmanov Köçəri Allahverdi oğlu, 1961-ci ildə Kəlbəcər rayonunun ən ucqar qərbində Zivel kəndində ziyalı ailəsində anadan olmuşdur. O, 1977-ci ildə Zivel 8 illik orta məktəbini bitirdikdən sonra, təhsilini davam etdirmək üşün Gəncə şəhəri 2 saylı internat məktəbinə daxil olmuşdur. 1979-cu ildə həmin məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılmışdır.

K.A.İmanov 1981-ci ildə hərbi xidmətdən tərxis olunduqdan sonra, öz kəndinə qayıtmış və məktəbdə xadim işləmişdir. 1982-ci ildə Azərbaycanda yeni yaradılmış Texnologiya İnstitutuna daxil olmuşdur. 1987-ci ildə yeyinti sənayəsinin prosesləri və aparatları üzrə mühəndis-mexanik ixtisası adı ilə institutu qurtarıb, Ağdam 1 nömrəli üzüm emalı zavoduna mühəndis mexanik təyin edilmişdir.


K.A.İmanov istehasalatda işlədiyi müddətdə mövcud texnika və texnologiyaların müasir tələblərə cavab vermədiyini yəqin etmiş və sənayenin təkminləşdirilməsini aktual problem kimi ön plana çəkmişdir...O, istehsal proseslərinin təkminləşdirilməsi məqsədi ilə səmərələşdirici təkliflərlə zavod rəhbərliyi qarşısında dəfələrlə məsələ qaldırmışdır.

K.A.İmanov praktiki fəaliyyəti dövründə təhsilinin artırılmasının vacibliyini hiss edərək, keçmiş SSRİ-də Yeyinti Sənayesinin Texnologiyası İnstitutunda ixtisasartırma kursu keçmək təşəbbüsü ilə zavod rəhbərliyinə müraciət etmişdir. Nəhayət o, 1988-ci ildə Moskva Yeyinti Sənayesinin Texnologiyası İnstitutuna bir illik kursa göndərilir. Moskvada dünyada məşhur olan professorlar Qinizburq.A.C, Qrebenyuk S.M, Babenko V.U, və s. alimlərin mühaziələrini dinləyir, eləcə də professor V.D.Lazerovun rəhbərliyi altında elmi tətqiqatlar aparır. 1989-cu ildə Moskva Yeyinti Sənayesinin Texnologiyası İnstitutunun aspiranturasının əyani şöbəsinə daxil olur. Aspirantura müddətində ona əsas rəhbərlik edən V.D.Lazerov olmuşdur.


Aspiranturada oxuduğu dövrdə K.A.İmanov üzümün emal texnologiyasının təkminləşdirilməsi üçün elmi tətqiqatlar aparmışdır. O, aspiranturada oxuduğu müddətdə çiçeren sistemlərin mexanikası sahəsində tanınmış alim Niqmatulin Robert İskəndəroviçin yaratdığı problem laboratoriyası, Ukrayna EA texniki istilik fizikası institutunda dispers mühitə enerjinin diskret-impuls daxili problemlər laboratoriyası, Yaltada yerləşən Ümumittifaq ETXŞ İnstitutu ilə elmi əlaqələr yaratmış, xarici ədəbiyyatlardan işlədiyi mövzuya aid tərcümələr etmişdir. Apardığı tətqiqatların nəticələrini mərkəzi jurnallarda çap etdirmişdir.


K.A.İmanov “Hidrosiklon” mövzusunda etdiyi ixtiraya görə Ümumittufaq Dövlət Patent Ekspertizası Elmi Tətqiqat İnstitutunun qərarı ilə ona patent verilmişdir. Çoxlu elmi axtarışların bəhrəsi olan “Hidrosiklon konstruksiya və rejim faktorlarının təzə sıxılmış üzüm sislasının şəfaflaşdırılması prosesinə təsiri” mövzusunda dissertasiya yazmışdır. Onun yazdığı elmi əsər qiymətləndirilmiş və ona müsbət rəylər verilmişdir. Beləliklə, K.A.İmanov 1992-ci ildə dissertasiyasın müdafiə edərək, texniki elmlər namizədi alimlik dərəcəsini almışdır. Dissertasiyanın müdafiəsi Moskva Yeyinti Sənayesinin Texnologiyası İnstitutunda təşkil edilərək, keçirilmişdir.


Qarabağ hadisələrinin qızğın vaxtında K.A.İmanov orada qalmaq istəməmiş, 1992-ci ildə təyinat ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Yeyinti Sənayesüi Nazirliyinin sərəncamına gəlmişdir. Nazirlikdə işə başlayan K.A.İmanov respublikanın kənd təsərrüfatı və yeyinti sənayesi ilə ətraflı tanış olmuş, aqrar sənaye kompleksinin inkişaf etdirilməsi üçün islahatlar aparılmasının vacibliyi barədə respublika mətbuatında dəfələrlə çıxış etmişdir.

K.A.İmanovun indiyə qədər ixtisası üzrə 20-ə qədər elmi məqaləsi çap olunmuş, müxtəlif əcnəbi alimlərdən tərcümələr etmişdir. Moskvada və Bakıda keçirilmiş Elmi Konfranslarda məruzələr etmişdir.


K.A.İmanov atası Allahverdi İmanov Kəlbəcərin işğalından sonra Naftalan şəhərinə sığınmışdır. Müəllimdir. Anası 1975-ci ildə Kəlbəcərdə vəfat etmişdir. K.A.İmanov evlidir, bir övladı var.

Comentários


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page