27-30 aprel 2018-ci il tarixdə Ukraynanın Xarkov şəhərində "Döyüş sənətləri üzrə" açıq Avropa çempionatında Azərbaycanı "Azərbaycan Şaolin və Döyüş sənətləri Federasiyası" 7 idmançı ilə təmsil edirdi. Yarışın ümumi iştirakçıları 450 nəfər,Ölkələr üzrə isə 16 komanda ilə təmsil olunmuşdur.Bir çox ölkənin Ukrayna,Azərbaycan,Türkiyə,İtaliya,Polşa,Belarusiya,Almaniya,Tacikistan, Ermənistanın idmançıları iştirak etmişdir.
Yarışda iştirak edən idmançılarımız 5 medal qazanmış,onlardan 1-i qızıl,2-si gümüş,2-si bürünc medal olmuşdur.Medal alan idmançılar aşağıdakılardır :
1.Necefli İlqar - Qızıl medal - Peşəkar sanda
2.Vüqar Eyyubov və Səbuhi Rəhimov - Gümüş medal - Peşəkar sanda
3.Kənan Bayramov və Soltan Tağıyev - Bürünc medal - Peşəkar sanda.
İdmançılarımiza və məşqçiləri Rafiq Əliyevə uğurlar və yeni-yeni qələbələr arzulayırıq.
Comments