top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

'Həyat, bir gün hər bir insanın üzünə gülür. Əsas odur, sənin üzün hər gün gülsün' - Ramin Y




Ramin Yəhya Elzam oğlu 3 sentyabr 1983-cü ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunda dünyaya göz açıb. Ata tərəfdən, Kəlbəcər rayonunun Başlıbel kəndindən olan Dərzi Məhərrəmin(Seyid) nəvəsidir. Həmçinin, Seyid Yəhyanın kötücəsi və Seyid İsanın nəticəsidir. Ana tərəfdən, Kəlbəcər rayonunun təhsil sisteminin yaradılmasında böyük rolu olan və riyaziyyat elminin dahi bilicisi Bəhmən Cəfərovun(Qara Bəhmən) nəvəsidir. 1990-2000-ci illərdə Bakı şəhəri, Binəqədi rayonu, Vahid Əzizov adına 30 saylı orta məktəbdə təhsil alıb. 2001-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər və Menecment” fakültəsinin “Gömrük işinin təşkili” ixtisası üzrə ali təhsil alıb. 2009-2010-cu illərdə Hərbi Hava Qüvvələrində xidmət edib. 1999-cu ilin may ayında yazdığı ilk şeir, 19 yaşından əmək fəaliyyətinə başlayan Raminin istedadının ilk qığılcımları idi. İlk öncə, heç kəsdən dəstək görməyən Ramin, istedadına o qədər də əhəmiyyət vermir. Hər kəsin dediyi kimi, bunun yaşla əlaqəli bir həvəs olduğunu zənn edir və bir müddət qələmini kənara qoyur. Lakin, zaman keçdikcə istedad daha da alovlanır. Beləcə, Ramin istedadını təkmilləşdirməyi qərara alır. Lakin, bu iş elə də asan olmur. Çünki, uşaqlıqdan yaşadığı ağır məişət şəraiti ona acı xatirələr dolu günlər yaşadır. Belə bir şəraitin içərisində nə isə öyrənmək, nəyəsə ümid etmək həddindən artıq çox çətin olur. Lakin, Ramin səbir edir və mübarizəsini bir an belə dayandırmır. ALLAH-ın ona verdiyi istedada inanır və daha əzmlə yazmağa başlayır. Doğrusu, ilk vaxtlardan heç kəsdən dəstək almaması, Ramini gizli şəkildə yazmağa vadar edir. Çox çəkmir ki, bəzi dost və yoldaşlarının(sinif, universitet, əsgər) rəğbətini qazanır. Bu da Ramini daha da həvəslə yazmağa sövq edir. Beləliklə, yazdığı bütün şeirlərin həm əlyazmasını, həm də elektron variantlarını kitab şəklində bir araya toplamağa başlayır. Bunun nəticəsidir ki, hal-hazırda Ramin Yəhyanın şeirlərinin(qoşma, gəraylı, bayatı, qəzəl, sərbəst vəzn, satira və aforizmlər) müəllif hüquqları “Ayrılıq, ayrıldıq, ayrıyıq” (1999-2015) və “Zirzəmidə bir uşaq” (2016-2017) adlı kitabları ilə qorunur. İstedadla bağlı əsas məqsədi, istedadını müxtəlif dillərdə də təkmilləşdirməkdir. Bundan əlavə, Ramin Yəhya hələ ki, gerçəkləşməyən, müxtəlif sahələri əhatə edən layihələrin, film ssenarilərinin və qısametrajlı filmlərin də müəllifidir. Azərbaycan, türk, rus, ingilis dillərini bilir. Heç bir babasınınn yolunu davam etdirməsə də onların müəyyən bacarıqları Ramində cəmləşib. Riyaziyyat müəllimi olmasa da, oxuduğu şəhər məktəbində riyaziyyat üzrə öz sözünü demiş, hətta müxtəlif olimpiadalarda uğur qazanmışdır. Həmçinin, aforizmlərində də riyaziyyatı önə çəkmişdir: “Riyaziyyatı bilməyənin həyat təcrübəsi sıfıra bərabərdir.”

Yaşından çox gənc görsənməsi, onun həyata necə bağlılığının və yaşama mübarizliyinin təcəssümüdür. Belə ki, illər boyu davam edən ağır məişət şəraiti Raminin nə səbrini, nə mübarizəsini, nə də ümidini sındıra bilmir. Öz fikirini əlində şüar edərək, həyatına davam edir: “Həyat, bir gün hər bir insanın üzünə gülür. Əsas odur, sənin üzün hər gün gülsün” Biz də öz növbəmizdə, Ramin Yəhyaya bu yolda uğurlar diləyir və hər zaman belə gənc, gümrah qalmasını arzu edirik və Ramin Yəhyanın bir sıra şeirlərin sizə təqdim edirik. “İntiqam” Hər övladı böyüdək silahla Yetər ki, intiqam yerdə qalmasın. Hər ölən cana öldürək iki can Yetər ki, intiqam yerdə qalmasın. Öldürdün ana, körpə, qoca, cavanı Zorladın neçə min ərli qadını Su yerinə axıdacam qanını Yetər ki, intiqam yerdə qalmasın. Kəlbəcər, Xocalı, Şuşa, Laçın Nə qədər qız, gəlinlər yoldu saçın Silahla dünyanın gözünü açın! Yetər ki, intiqam yerdə qalmasın. Anaların fəryadı qulağımda O körpələr canlanır qucağımda Düşməni boğaq isti ocağında Yetər ki, intiqam yerdə qalmasın. Zorlanmış qadın-qızların ah-naləsi Yandırılmış insanların əzab səsi Artıq düşməndə səslənsin fəryad səsi Yetər ki, intiqam yerdə qalmasın. Bir yanda milli qəhrəman övladları Bir yanda ərsiz gəlinlərin qardaşları Düşmənlərə düzdürün başdaşları! Yetər ki, intiqam yerdə qalmasın. Çəkdiyimizi düşmən yaşayacaq Zülmü, əzabı qəlbində daşıyacaq Hər türk övladı Mübariz tək olacaq Yetər ki, intiqam yerdə qalmasın. Qalx ayağa yenilməz Azərbaycan! Torpaq uğrunda ya ver can, ya al can! Axan qanı yuyacaq axıdılan qan! Yetər ki, intiqam yerdə qalmasın. Qalx ayağa Azərbaycan! Qalx ayağa! Düşmənin torpağında olub ağa Ələ silah alaq hücum Qarabağa! Yetər ki, intiqam yerdə qalmasın. Azərbaycan qanım, Türkiyə nəfəsim Dünyaya yayılsın bu qanlı səsim Düşməni məhv edim, kökünü kəsim Yetər ki, intiqam yerdə qalmasın. Bir gün açılacaq elə bir sabah Qarşıda düşmən, arxamızda ALLAH Verəcəyimiz hər əzab olsa da günah Yetər ki, intiqam yerdə qalmasın. Ordumuz xalq, başçımız cənab İlham Bircə əmrə düşmənə həyat haram Bir gecəyə Qarabağ Azərbaycanam Yetər ki, intiqam yerdə qalmasın. İndi hər dəqiqənin bilək qədrini İndidən düşmənə qazdıraq qəbrini Ramin deyir: “Öl, amma əymə qəddini” Yetər ki, intiqam yerdə qalmasın. 26.02.11 “Vətən oğlu”

iyul 2014-cü il tarixdə Kəlbəcərdə əsir düşmüş Dilqəm Əsgərova ithaf O taylı, bu taylı Murov dağında Dilqəm əsir düşdü öz torpağında Ailəsi həsrətlə hey sorağında Vətən oğlu vətəni üçün darıxıb. Bəlli deyil içdiyi suyu, yeməyi Dörd bir yandan yoxdur heç bir köməyi Hissə-hissə çürüyür hər bir əməyi Vətən oğlu vətəni üçün darıxıb. Düzdür, öz torpağındadır, amma evsiz Hər an işgəncə, qayğısız, sevgisiz Ailəsindən çox uzaq bilgisiz Vətən oğlu vətəni üçün darıxıb. İndi başında fırlanır nə xəyallar Gecəni bəzəyir gerçək röyalar Ümidini hey azdırır suallar Vətən oğlu vətəni üçün darıxıb. ALLAH! Bu nə zəmanə, nə ədalətdir! İnsan oğlu öz evinə həsrətdir Öz yurdunda əsirlik, lap dəhşətdir Vətən oğlu vətəni üçün darıxıb. Əcəldən betər oldu düşmənin cəllad Qəlbindədir tək ALLAH, ailən, övlad Hər gün bir xatirə ilə başını qat Vətən oğlu vətəni üçün darıxıb. Həsrətdən üzülüb nə hala düşmüsən Vaxtından tez qocalıb büzüşmüsən Baxışlarında kədər, bizdənmi küsmüsən? Vətən oğlu vətəni üçün darıxıb. Bəlkə də istəmirəsn açılsın səhər Ürəkdən istəyirsən içəsən zəhər Elə bu gecə hər şey bitsin birtəhər Vətən oğlu vətəni üçün darıxıb. Döz! Əyilmə! Məğrur ol! İgid Dilqəm İçindən yox olsun fikir, kədər, qəm İnamın, gücün birlikdə olsun cəm Vətən oğlu vətəni üçün darıxıb. Cürətinlə qırmısan düşmənin gözünü “O məhkəmədə” deyərkən son sözünü Göstərdin kişilik, mərdlik gücünü Vətən oğlu vətəni üçün darıxıb. Sənə aid nə yazsam azdır, çox az Hər anın qış kimidir gəlsə belə yaz Ramin! Hər gün Dilqəmi yada sal bir az. Vətən oğlu vətəni üçün darıxıb. 23.05.2017

תגובות


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page