Həsənov Sabir Qəhrəman oğlu.
Fiz.-riy. elm. namizədi, GDU-nun riyazi analiz kafedrasının dosenti, MEA-nın Riyaziyyat və Mexanika İnstitunun riyazi analiz şöbəsinin elmlər doktoru proqramı üzrə dissertantı.
30 may 1963-cü ildə Kəlbəcər rayonunda kolxozçu ailəsində anadan olmuşdur. 1970-ci ildə birinci sinfə getmiş, 1980-ci ildə orta məktəbi bitirmişdir. 1981-ci ildə indiki Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin birinci kursuna qəbul olunmuş,1986-cı ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1986-cı ildə təyinatla Kəlbəcər şəhər 3 saylı tam orta məktəbdə pedaqoji fəaliyyətə başlamışdır. 1994-cü ildə GDU-nun riyazi analiz kafedrasının dissertantı təsdiq edilmişdir.1999-cu ildə BDU-nun İxtisaslaşmış Elmi Şurasında "İnteqral operatorların lokal xassələri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
S.Q.Həsənov 40-dan çox elmi əsərin və bir dərs vəsaitinin müəllifidir. Daimi elmi fəaliyyətlə məşğuldur. Onun elmi əsərləri yalnız respublikamızın elmi nəşrlərində deyil, xarici ölkələrin nüfuzlu elmi jurnallarında dərc olunmuşdur. Elmlər doktoru elmi dərəcəsi almaq üçün "Harmonik analizin inteqral operatorlarının bəzi funksional fəzalarda tədqiqi" mövzusunda doktorluq dissertasiyasını tamamlamış və müdafiə üçün təqdim etmişdir.
Qeyd edək ki,S.Q.Həsənovun 15-dən çox elmi əsəri "Thomson Reuters"-ə aid jurnallarda çap olunmuşdur. S.Q.Həsənovun bəzi əsərlərini qeyd etməklə onun necə məhsuldar elmi yaradıcılıqla məşğul olması barədə təsəvvürə malik olmaq olar.
1.Funksiyalar nəzəriyyəsi və funksionsl analizin elementləri, 1-ci hissə,B.,2010,373 səh.
2.On local property of multidimentional singular integral,MEA-nın xəbərləri, Bakı,1999,c.X1X,s. 53-61.
3.On the local smoothness of a conjugate function,Riy. və Mex. İns. əsərləri,Bakı,2000, c.X111(XX1), s. 70-81.
4.Multi-sublinear rough maximal operator on product Morrey and product modified Morrey space,J. of Cont. Appl. Math. 4(2) (2014),pp.57-65.
5.Non-smooth Atomic Decompositions for Generalized Orlicz-Morrey Spaces of the Third Kind, Acta Appl. Math.,2016, vol.145,İssue 1, pp.133-174.
6.A characterization for Adams type boundedness of the fractional maximal operator on generalized Orlicz-Morrey spaces, J. İnteg. Trans. Spec. Funct.,28(4) (2017), pp.284-299.
7.Riesz potential and its commutators on Orlicz spaces, J. İneq. Appl., (2017), 18 pp.
8.Maximal operator and its commutators on generalized weighted Orlicz-Morrey spaces, Tokyo J. Math. 40(2018), 23 pp.
9.Commutators of fractinal maximal operator on generalized Orlicz-Morrey spaces, Positivity,2018, pp.141-158.
10.Commutators of fractinal maximal operator on Orlicz spaces, Matematichesrie Zametki 104(4),2018, pp.516-526.
Comentarios