“Əməkdar həkim”, Respublikanın əməkdar elm xadimi, tibb elmlər doktoru, Azərbaycan Dövlət Tibb universitetinin professoru, II qospital cərrahlıq kafedrasının müdiri, bacarıqlı cərrah, “Tibb jurnalı”nın baş redaktoru Əliyev Hüseyn Kərim oğlu 11 avqust 1897-ci ildə Kəlbəcər rayonunun Qoturlu (Zülfüqarlı) kəndində kəndli ailəsində anadan olmuşdur. Təhsil almağa həvəsi və inadkarlığı onu Tiflis şəhərinə-Qori seminariyasına gətirir. 1918-ci ildə seminariyanı qızıl medalla bitirir. Fəhlə-Kəndli Qırmızı Ordu və Dəniz Donanması Hərbi-Tibb Akademiyasına qəbul olur və 1926-cı ildə təhsilini başa vurur. Professor S.P.Fyodorovun və professor P.N.Yelanskinin rəhbərliyi altında hələ V kursda təhsil alarkən elmi tədqiqat işlərinə başlayır və “Aqlyutinemlərin absorbiyası yolu ilə qanın qrupunun təyini” mövzusunda ilk elmi tədqiqat işini yazır. Tədqiqat işi 1927-ci ildə “Russkaya klinika” jurnalında nəşr edilir. 1926-cı ildə Qafqaz Qırmızı Bayraqlı Ordusunda işə təyin edilir və Bakı Hərbi Hospitalında Şöbə rəisi vəzifəsini icra etməyə başlayır. Eyni zamanda Azərbaycan Tibb Universitetinin Tibb fakültəsində əvəzedici vəzifəsini icra edir. Sonradan Hospital cərrahiyyə kafedrasında bu işini davam etdirməyə başlayır. Müxtəlif vaxtlarda ordinator, assistent, dosent, professor vəzifələrində çalışır, Hərbi-səhra cərrahiyyəsindən və Hospital cərrahiyyə kursundan mühazirələr aparır. Hərbi xidmətdən tərxis olunduqdan sonra Azərbaycan Tibb Universitetinin təşkilində fəal iştirak edir, Elmi-dərs hissə üzrə müavini, ilk Prorektor vəzifələrində çalışır. 1935-36-cı illərdə Müalicə-profilaktika fakültəsinin dekanı vəzifəsinə təyin edilir. 1937-ci ildə “Öd kisəsi və öd yolları patalogiyası” doktorluq dissertasiyasını müdafiə edir. 1939-cu ildə Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda Ümumi cərrahiyyə kafedrasına müdir təyin edilir və 28 il bu vəzifədə çalışır. 1967-ci ildə onu yenidən II hospital cərrahiyyə kafedrasına müdir təyin edirlər. 1968-ci ildə Sofiyada keçirilən I Beynəlxalq Elmi Konqresində məruzəsi yüksək qiymətləndirilir. 1929-30-cu illərdə Elmi İşçilər Şöbəsinin Mərkəzi Bürosunun məsul katibi, 1932-ci ildə Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin sədr müavini, 1930-39-cu illərdə Azərbaycan Elmi Tibb Cəmiyyətinin sədr müavini, 1947-71-ci illərdə Azərbaycan Elmi Cərrahlar Cəmiyyətinin sədr müavini, 1960-cı ildən ömrünün sonuna qədər Ümumittifaq Elmi Cərrahlar Cəmiyyətinin Ümumittifaq idarə üzvü, 1960-68-ci illərdə Tibb İşçiləri Respublika Komitəsinin üzvü olmuşdur. 1955-ci ildə Bakı şəhər Sovetinə, 1961-ci ildə Bakı şəhəri Lenin adına rayon Sovetinə deputat seçilmişdir. “Qırmızı Əmək Bayrağı” ordeni, “Qızıl Ulduz” ordeni, “Səhiyyə əlaçısı” döş nişanı və müxtəlif medallarla təltif olunmuşdur. Görkəmli cərrah Əliyev Hüseyn Kərim oğlu 31 iyun 1973-cü ildə Bakı şəhərində vəfat etmişdir.
top of page
REKLAMINIZ
BURADA !
EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58
REKLAMINIZ
BURADA !
EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58
REKLAMINIZ
BURADA !
EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58
Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!
BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992
-
613 nəfər qətlə yetirilib, o cümlədən:
-
63 uşaq;
-
106 qadın;
-
70 yaşlı.
-
8 ailə tamamilə məhv edilib;
-
25 uşaq hər iki valideynini itirib;
-
130 uşaq bir valideynini itirib;
-
-
487 yaralı;
-
1275 girov;
-
150 itkin düşüb.
BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992
-
130 ev yandırılmış, o cümlədən:
-
779 nəfər qeyri-insani işkəncələr verilmiş;
-
67 nəfər qətlə yetirilmiş;
-
8 nəfər 90-100 yaşlı qoca;
-
2 nəfər azyaşlı uşaq;
-
7 nəfər qadın diri-diri odda yandırılmış;
-
2 nəfər itkin düşmüş;
-
12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir
-
BİZ BAŞLIBELI
UNUTMADIQ!
18 APREL
1993
-
18 gün gizli yaşaya bilmişlər, o cümlədən:
-
27 qətlə yetirilmiş;
-
19 nəfə girov götürülmüş;
-
Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər
-
Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.
-
REKLAMINIZ
BURADA !
EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58
REKLAMINIZ
BURADA !
EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58
REKLAMINIZ
BURADA !
EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58
bottom of page
Comments