top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

Haqqın dərgahından xəlq olunmuş nur timsalı



Elə insanlar var ki, onlar haqqında düşünəndə, nəcib əməlləri yada düşəndə “dünyada əvəzedilməz insan yoxdur” fikri ilə razılaşmamaq qənaətinə gəlirsən. Bu barədə düşünəndə ilk yadıma düşən Əvəz kişi oldu. Özünün işgüzarlığı, qoçaqlığı, mərdliyi, alicənablığı ilə hamıdan fərqlənən, qeyri-adi zəka sahibi Əvəz Şükürov yeri həmişə görünən və başda olanlardan biridir. Ona görə də Dədə Şəmşir haqqındakı yazılarda rəhmətlik Əvəz kişinin sağlığında söylədiyi fikirləri bu kitabda verməyi qərara aldım.

Əvəz Şükürovu Kəlbəcərdə hamı qılınc kimi sərt, dağ çiçəkləri kimi kövrək bir insan kimi tanıyıb. Xeyirxahlığı, nəcibliyi, ağsaqqallığı ilə eldə-obada ad çıxarıb. Ötən əsrin 50-ci illərinin ortalarında uzun müddət rayonun “Pravda” kolxozuna rəhbərlik edən Əvəz Şükürov sonralar müxtəlif rəhbər vəzifələrdə çalışıb, 5-6-cı çağırış – 1958 və 1966-cı illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olub, uzun müddət Kəlbəcər Kənd Təsərrüfatı İdarəsinin rəisi, Kəlbəcər Rayon Aqrar Birliyinin sədri olub, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı işləyib. Kəlbəcərin ən çətin günlərində insanlara dayaq olan bu qeyrətli kişi həm də vətənpərvər, xalqına, millətinə layiq övladlar böyüdüb. Yaşının ahıl çağlarında Qarabağ savaşında daim ön cəbhədə olub, yurdun yağmalanmasının qarşısını bütün mümkün vasitələrlə almağa çalışıb. Bu cür atanın Şahlar kimi oğlu da torpaq uğrunda qurban getdi. Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürov kimi dağ vüqarlı bir oğul itirib Əvəz Şükürov. Şahlar Şükürov haqda çox sayda kitab çap olunub, qəhrəmanlıqlarından çox yazılıb. Tanıyanlar onun mərd, cəsur, xeyirxah, alicənab bir insan olduğunu bildirirlər. Bu yazıda Şahlar haqqında qısaca məlumat veməyi zəruri hesab edirəm.

Şahlar 1972-ci ildə Xalq Təsərrüfatı İnstitutunu bitirdikdən sonra orduda xidmət edib. Ucar Rayon Polis Şöbəsində baş əməliyyat müvəkkili, sonra isə Zərdab Rayon Polis Şöbəsində əməliyyat üzrə rəis müavini vəzifələrində işləyib. Polis mayoru idi. 1986-cı ildə SSRİ Daxili İşlər Nazirliyi Polis Akademiyasını bitirmişdi.

1988-ci ildə ermənilərin Azərbaycan torpaqlarını işğal cəhdlərinin ilk günlərindən döyüş bölgələrində: Ağdamda, Şuşada, Kəlbəcərdə olub. 1990-cı il iyulun 11-də Tərtər-Kəlbəcər yolunun Otaqqaya ərazisində erməni quldurlarının avtomobil karvanına qəfil basqın zamanı qəhrəmanlıqla döyüşərək şəhid olub.

Şahların ürəyində böyük vətən sevgisi vardı. Kəlbəcər gözəlliyinin vurğunu idi. Bir çiçəyin solmasına, bir qarışqanın yuvasının dağılmasına dözməzdi. Amma ermənilər onun yuvasını dağıtdılar, Kəlbəcər kimi cənnətini yağmaladılar, pusqu qurub namərdcəsinə onu kürəyindən vurdular. Üzü Kəlbəcərə sarı torpağa düşən Şahların sönməkdə olan gözlərində əbədi qalan son şəkilsə Kəlbəcərə gedən yol oldu.

Dünya görmüş insan, müdrik ağsaqqal Əvəz müəllim Aşıq Şəmşir ucalığını, Aşıq Şəmşir qüdrətini, qeyrətini həmişə yüksək qiymətləndirir, yaşının müdrik çağlarında ustad sənətkar haqqında deyir:

Yaşım 80-ni haqlayır. Ağlım kəsəndən evimizdə, elimizdə-obamızda ustad sənətkar Aşıq Şəmşirlə, onun atası şair Qurbanla bağlı ən xoş, ən səmimi söhbətlər eşitmişəm. Sonralar özüm də şahidi oldum ki, Aşıq Şəmşir həqiqətən də fitri istedad sahibidir. Müdrik insanlardan onu da eşitmişdim ki, Ağdabanlı Qurban ocaqdır. Dədə Ələsgərin sınağından alnıaçıq, üzüağ çıxandan sonra ulu sənətkar şagirdlərinə, övladlarına tövsiyə edib ki, Qurban ocağına toxunmayın. Bu ocaq Haqqın dərgahından xəlq olunmuş bir nur timsalıdır. Həqiqətən elədir. Bu nəslin kökü minilliklərə gedib çıxır. Daşdan, qayadan süzülüb gələn bulaqlar, çeşmələr kimi qurumaq bilmir. Dədə Şəmşir istedadı bunun bariz nümunəsidir.

Eldə-obada məclislərdə bu söhbətlərin şahidi ola-ola gördüm ki, Aşıq Şəmşir göz önündə Azərbaycanda, həm də bütün türk dünyasında məşhurlaşıb.

Onu da deyim ki, Qurban ocağının müqəddəsliyini həmişə qəbul edib mən də o ocağa inamla yanaşırdım.

İş elə gətirdi ki, uzun müddət Dədə Şəmşirin oğlu Qənbər müəllimlə birgə işləməli olduq. O, Kəlbəcərdə əsas vəzifələrdə – raykomun təşkilat şöbəsinin müdiri, raykomun ikinci katibi, rayon icraiyyə komitəsinin sədri və rayon icra hakimiyyətinin başçısı kimi mühüm işlərdə çalışıb. Birgə çalışdığımız illərdə həmişə bir-birimizə dost münasibəti bəsləmişik. O münasibət günü bu gün də davam edir. Qarşılıqlı səmimi münasibətlər, o oda-ocağa bəslədiyim ehtiram, məhəbbət 1989-cu ildə ailələrimizi bir-birinə bağladı. Oğlum Adillə Dədə Şəmşirin istəkli balası Çimnazın qızı Təranəyə toy edib xoşbəxt bir ailənin təməlini qoyduq.

İndi hamımızın fəxr etdiyimiz Cavid müəllimi də lap uşaqlıqdan tanıyıram. Onu oğlum Adildən seçmirəm. Ürəyi, qəlbi vətənlə, Kəlbəcər həsrəti ilə döyünən Cavid Dədə Şəmşir ocağına, bütöv Azərbaycana başucalığı gətirən oğuldur.

Sevindirici hallardan biri də odur ki, Qənbər Şəmşiroğlu da, Cavid müəllim də Şəmşirin poetik irsini davam etdirir. Cəmilə ÇİÇƏK (İsbəndiyarova) , Prezident təqaüdçüsü


Cəmilə Çiçək (İsbəndiyarova). Sazımız ağlayır dağlar başında. Bakı. “Azərnəşr”, 2014, 624 s.


Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page