Şərəf də, şan da tanrıdan hər adama pay verilmir, o adama verilir ki, o, haqqın ədalət, iman süzgəcindən keçərək, ağı-qaradan, yaxşını-yamandan, acını-şirindən, dəyərsizi dəyərlidən seçib üzə çıxarmış dünyanın əbədi ələyindən ələnib keçsin və xeyirxah əməlləri yaşada-yaşada özü də yaşamış olsun. İndi siz deyin, Elini, obasını, xalqını düşünüb dərdinə qalan, oduna yanan Cavidlərmi yaxşıdı, yoxsa erməni xislətli ağa-qara deyən küçə qadınları səviyyəsində özlərini bu millətin övladı sanan fahişə xilqətlilərmi?! İt hürər, karvan keçər Gözəl deyib babalar. Tanrı yaxşını seçər, Şad olar el, obalar. Cavid Allah quludu, Yolu haqqın yoludu, Dədə-baba nurudu, Çox hörəcək qalalar. Xain, xəbis yarımaz, Sınmış bilək sarımaz, Az yaşayar, qarımaz, Yasın tutar "dığalar". Yaxşıya yaman deyən, Tərəzi gözü əyən İnsan yeməzdən yeyən, Şirə neylər, tulalar. Haqqa nahaq deyənlər allahın qarğışına düşənlərdi. Tanrım onları düz yola çəksin. Amin.
Əli Uluxanlı.
Bakı şəhəri 04 mart 2018-ci il.
Comments