top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

Hacı Sabir MİKAYIL şeir dünyasına səyahət



Mi­ka­yı­lov Sa­bir Hey­dər oğ­lu Kəl­bə­cə­rin Də­rə­qış­laq kən­din­də ana­dan olub. Sə­nət­kar­lığı ilə ta­nı­nıb: Kəl­bə­cər tə­mir-ti­kin­ti ida­rə­sin­də ça­lı­şıb. Tor­paq­la­rı­mıza yağı diş qı­ca­yan ilk vaxt­lar­da kö­nül­lü özü­nü­mü­dafiə dəs­təsi ya­ra­da­raq, Er­mə­nis­tan­la həm­sər­həd olan Dik­yurd yay­la­ğın­da zas­tava ko­man­diri olub. Öm­rü­nün “50-ci ba­har­”ını sən­gər­də ke­çi­rib.

Şe­rin müx­tə­lif for­ma­la­rın­da qə­lə­mini sı­na­yır.

1998-ci il­də Həcc zi­ya­rə­tin­dən olub.

“Gö­zəl­liyə gül ol­maq­dan nə sən doy­dun, nə mən, dağ­lar” ad­lı ilk ki­tabı 2001-ci il­də çap­dan çıxıb. Kəlbəcər həsrətli şair 4 oktyabr 2006-cı ildə haqqın dərgahına qovuşmuşdu.


Şeirləri ilə qısa tanışlıq: İNSAN Bənd olub varına fani dünyanın, Vurulub ətrinə, müşkünə insan. Eşqli cavan kimi könül bağlayıb Süleyman mülkünün eşqinə insan. Mala-pula şahmar kimi sarılı, Bir daşı düşəndə ona darılı, Hasarlı, qalalı, bürclü, barılı, Qonaqdı dünyada beş günə insan. Sabir indən sonra bayqu-binədi, Sovulmuş bostandı, güman günədi. Tərəqqi-tənəzzül axır fənadı, Can düşüb əcəlin püşkünə, insan!


DÜŞƏR

Leyli xanəsində qəm dustağıdır,

Məcnun səhralarda sorağa düşər.

Mən belə yanmaqda misli-səməndər,

Könlüm pərvanədir, çırağa düşər.

Ağac barı sevər, insan zəhməti,

Tənbələ yaraşar elin töhməti,

Nankor övladların olmaz qisməti-

Ata sərvətindən qırağa düşər.

Dərd üzdü canımı, yandı bədənim,

Sabirəm, olmadı könül həmdəmim.

Dünyaya sığmayan möhnətim, qəmim

Süzülüb qəlbimdən varağa düşər.

ARZU

Dərd üz versə, dilsiz daşlar dil açar,

Nə çətinmiş quş qalanda yuvasız.

Səfil, sərgərdanam, candan bezmişəm,

Obalarda dolaşıram obasız.

Fələk mənim gözlərimə yaş verib,

Kəm ömrümə boran verib, qış verib,

Elə billəm möcüzələr baş verib,

Məni burdan öz yuvama qovasız.

Sabirəm, dövranım keçəydi ələ,

Könlüm sarayına düşə vəlvələ,

Yenə dəstə-dəstə qonağım gələ,

Bulaq üstə yarpız, qıjı ovasız.

1994.

Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page