Hacıyev İsmət Müseyib oğlu, 1937-ci ildə Kəlbəcər rayonunun Kəlbəcər qəsəbəsində anadan olmuşdur. 1946-cı ildə Kəlbəcər qəsəbə orta məktəbinə daxil olmuş və 1955-ci ildə məktəbi bitirmişdir. Elə həmin il N.N.Nəri-manov adina Azərbaycan Tibb İnstitutuna daxil olmuşdur. Onu bu inistitutda oxumağa həvəsləndirən, əsasən, öznüdən böyük iki qardaşının–Məhəmməd və Şirinin məhz bu inistitutda təhsilalmaları idi.
İ.M.Hacıyevin elmə sonsuz həvəsi, elə onun inistutda oxuya-oxuya əmək fəaliyyətinə başlaması ilə özünü biruzə verdi. 1960-61 –ci illərdə akademik İ.Topçubaşovun klinikasında kiçik tibb işçisi işləməyə başlamışdır.
İ.M.Hacıyevin 1961-ci ildə institutu qurtarıb, Azərbaycan Səhiyyə Nazirinin təyinatı ilə Gəncə şəhəri Dəmiryolu xəstaxanasına həkim-cərrah göndərilir. Burada iki il işlədikdən sonra, Ə.Əliyev adına Azərbaycan həkimləri təkmilləşdirmə institutunda müsabiqə yolu ilə aspiranturaya qəbul olunmuşdur. O, vaxtından əvvəl , iki il müddətində “Kəskin qarın boşluğu üzvlərinin diaqnostikasında dəri ilə daxili üzvlərin əlaqəsi” mövzusunda disertasiya müdafiə edib, tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. Onu da qeyd etmək yerinə düşər ki, Hacıyev İsmət bu fəaliyyətində əslən Kəlbəcərdən olan ölkənin məşhur həkim-cərrahı, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, 20 il Həkimləri təkmilləşdirmə inistutunun direktoru işləmiş, mərhum Hüseyn Əliyevin böyük qayğıkeşliyi sayəsində mümkün olmuşdur.
İ.M.Hacıyevin dissertasiya müdafiəsi Moskva şəhərində təşkil edilmişdir. O, elmlər namizədi alimlik dərəcəsi alandan sonra, yəni 1967-ci ildə Suraxani rayon xəstaxanasında həkim-cərah işləmişdir. 1972-ci ildən 1980-cı ilə qədər Tibb Universitetində müəllim işləməklə yanaşı, 5 saylı klinik xəstaxanasının Cərrahiyə şöbəsinin müdüri işləmişdir. 1975- ci ildən o, həm də Daxili İşlər Nazirliyi səhiyyəsində cərrahiyyə üzrə baş məsləhətçi kimi fəaliyyət göstərir.
İ.M.Hacıyev müntəzəm olaraq bir sıra elmi kurslarda elmi biliklərini daha da artırmışdır:
-1963-cü ildə Əziz Əliyev adına Azərbaycan həkimləri təkmilləşdirmə institutunda təşkil edilmiş kursda;
-1971-ci ildə Moskvada Endoskopiya üzrə təşkil edilmiş kursda;
-1971-ci ildə Moskvada təcili yardım üzrə kursda;
-1977-ci ildə və eləcədə də, 1991-ci illərdə Moskvada təşkil olunmuş elmi kurslarda elmi mühazirələrlə çıxış etmiş və biliyini artırmışdır.
İ.M.Hacıyevin 18 elmi əsəri çap olunmuşdur.
コメント