Noyabrın 8-də Azərbaycan Respublikası Həmkarlar ittifaqları(AHİK) Konfederasiyasının V məclisi keçirilib.
Məclisi giriş sözü ilə açan AHİK nın sədri, Beynəlxalq Həmkarlar ittifaqları Konfederasiyasının vitse-prezidenti,Milli Məclisin deputatı Səttar Möhbalıyev gündəlikdə duran məsələ ilə bağlı məlumat verərək bildiribki Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəslə bağlayır. Savadlı, geniş dünya görüşünə malik gənclərin yetişdirilməsi, onların məşğulluğu hər bir ölkə üçün başlıca məsələdir.Gənclərin cəmiyyətimizin aparıcı qüvvəsinə çevrilməsi üçün ölkə rəhbərliyi tərəfindən mühüm addımlar atılıb. Belə ki, Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması,Prezident Yanında Gənclər Fondunun, Azərbaycan gənclərinin ümumrespublika forumlarının keçirilməsi, «Gənclər ili»nin elan edilməsi, "Dövlət gənclər siyasəti” və «2015-2025-ci illərdə Azərbaycan Gəncliyinin İnkişaf Strategiyası» haqqında fərman və fəaliyyət proqramlarının təsdiqi gənclərə ayrılan qayğının göstəricisidir.AHİK gənclərin istehsalata həm ixtisaslı kadr, həm də fəal ictimaiyyətçi kimi hazırlığı işində stimullaşdırma metodlarından geniş istifadə edir."İlin peşəkar gənci" mükafatı da məhz bu məqsədləri güdür.Milli Məclisin deputatı S.Möhbalıyev bildirib ki,“Bu gün fəxri ada və diplomlara layiq görülən gənclərimiz yüksək peşə hazırlığı, ictimai həyatda fəal iştirakı, əmək intizamı, eyni zamanda yüksək bilik səviyyəsi və sənət təcrübəsinə malik olmaları ilə seçiliblər. Seçilən Gənclərdən biri də Fəal Kəlbəcər gənci Könül Mustafazadədir. Könül Mustafazadə Neft -qaz Sənayesində çalışan minlərlə Gənc arasından seçilərək “İLİN PEŞƏKAR GƏNCİ” FƏXRİ DİPLOMUNA layiq görülmüşdür. Könül Mustafazadə təhsildə,elmdə və öz iş fəaliyyətində göstərdiyi xüsusi nailiyyətlərə görə bu fəxri Diploma layiq görülmüşdür. Biz də Könül Mustafazadəni ürəkdən təbrik edir, həyatda və gələcək fəaliyyətlərində daha yüksək nailiyyətlərə imza atmasını arzulayırıq.” Xatırladaq ki Könül Mustafazadə Azərbaycan Dövlət Neft Akademiyasının məzunudur öz bilik və bacarığı ilə bir çox diplom və sertifikat lara layiq görülüb, Dövlət Neft Şirkətinin imtahanlarından uğurla keçərək işə qəbul olub,artiq 5 ildir göstərdiyi bilik və ictimai fəaliyyətlərinə görə istər çalışdığı müəssisədə istər ictimai fəaliyyətdə uğur qazanmağa davam edir.
Comments