Aslanova Təhminə Akif qızı
25 Aprel 1983-cü ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunda anadan olmuşdur. İbtidai sinifi Kəbəcər rayonu 3 saylı orta məktəbdə oxumuşdur. 1999-cu ildə Bakı şəhəri 287 saylı Gələcək Zəkalar liseyini bitirərək Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur. 2003-cü ildə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmiş, həmin fakültənin magistraturasına daxil olmuşdur. 2005-2009-cu illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin aspiranturasında təhsilini davam etmiş, Azərbaycan tarixi üzrə ixtisaslaşmışdır. 2012-ci ildə ‘Azərbaycan rəhbərliyində siyasi qruplaşmalar və onun respublikanın ictimai-siyasi həyatına təsiri (XX əsrin 20-ci illərinin ikinci yarısı-30-cu illərin əvvəli)’ mövzusunda dissertasiyanı müdafiə edərək Tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
2005-ci ildən Bakı Dövlət Universitetində həm Azərbaycan, həm də ingilis dillərində humanitar fakültələrdə (Tarix, Hüquq, Beynəlxalq münasibətlər və İqtisadiyyat) Azərbaycan tarixi fənnini tədris edir. 2015-2016-ci illərdə Azərbaycan Dillər Universitetində SABAH qruplarına eyni fəndən dərs demişdir. 2016-cı ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Azərbaycan tarixi fənnini tədris edir. Hazırda ADA Universitetində Azərbaycan tarixi fənnindən dərs deyir.
Comments