Misirzadə Namidar Əlövsət oğlu 15 dekabr 1980-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuşdur.1987-ci ildə Bakı şəhər 65 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuş və 1997-ci ildə “Gələcək Zəkalar” litseyini fərqlənmə ilə bitirərək orta təhsilini başa vurmuşudur.Həmin ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsinə daxil olmuş,2001-ci ildə həmin fakültəni bitirərək “hüquqşünas” ali peşə ixtisası üzrə bakalavr dərəcəsi almışdır.2008-ci ildə BDU-nun Hüquq fakültəsinə ikinci dəfə daxil olmuş və 2011-ci ildə qiyabi təhsil alaraq ali peşə ixtisası üzrə tam kursu bitirmişdir. 2001-ci ildə BDU-nun nəzdində hərbi hazırlıq kafedarasının tam kursunu bitirərək Müdafiə Nazirliyinin 24 sentyabr 2001-ci il tarixli əmri ilə leytenant hərbi rütbəsi almıçdır. 18 mart 2002-ci il tarixdən 07 avqust 2007-ci il tarixə kimi Bakı şəhəri Yasamal Rayon Məhkəməsində yarımştat vahidi üzrə kuryer,kuryer və məhkəmə katibi (məsləhətçi-məhkəmə iclas katibi) vəzifələrində,10 avqust 2007-ci il tarixdən 24 avqust 2007-ci il tarixə kimi Bakı şəhəri Səbail Rayon Məhkəməsində məsləhətçi-məhkəmə iclasının katibi,24 avqust 2007-ci il tarixdən 18 yanvar 2008-ci il tarixə kimi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində məsləhətçi-məhkəmə iclasının katibi,24 yanvar 2008-ci ildən 20 avqust 2010-cu il tarixə kimi Bakı Apellyasiya Məhkəməsində hakim köməkçisi vəzifəsində işləmişdir.23 avqust 2010-cu il tarixdən 07 oktyabr 2013-cü il tarixə kimi Bank VTB (Azərbaycan) ASC-də Hüquq İdarəsinin Məhkəmə-hüquq işi şöbəsinin aparıcı mütəxəsisi,daha sonra,Hüquq İdarəsinin rəsi müavini və Hüquq İdarəsinin Məhkəmə-hüquq işi şöbəsinin müdiri vəzifələrində işləmişdir. 07 oktyabr 2013-cü il tarixdə Azərbaycan Respublikasının Prezidentinin 04 oktyabr 2013-cü il tarixli sərəncamı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi təyin edilmişdir.
Comments