Nəcəfov Adil Tofiq oğlu 20 oktyabr 1989-cu ildə ziyalı ailəsində anadan olmuşdur. Atası ali təhsilli iqtisadçı, anası ali təhsilli müəllimədir. Rəhmətlik Babası Nəcəfov Məmməd Isa oğlu Iqtisad Universitetinin dosenti, Iqtisadiyyat üzrə fəlsəfə doktoru, Kəlbəcərdə və ətraf rayonlarda hər kəsin tanıdığı və hörmət etdiyi alim, pedaqoq və sadə birisi idi.
Adil 9-cu sinifə qədər 220 saylı məktəb-liseydə, daha sonra üç il Kimya-Biologiya təmayüllü liseydə təhsil almışam.2004-cü ildə ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi mübadilə proqramının qaliblərindən biri olmuş və bir ay ABŞ-ın Florida ştatında təcrübə keçmişdir.2006-cı ildə Biologiya fənni üzrə Ümumrespublika Olimpiadasında 3-cü yerə çıxmışdır.2007-ci ildə 670 balla ATU-nun müalicə işi fakültəsinə qəbul olmuşdur. 6 illik təhsilimi uğurla bitirdikdən sonra 2013-cü ildə Rezidentura imtahanında uğur qazanmış və qastroenteroligiya ixtisası üzrə 4 il təhsil almışdır.
11 il orta məktəb və 10 illik tibb təhsilinin sonunda 2017-ci ildə mütəxəssis qastroenteroloq adını almışdır. 2018-ci ildə bir ilə yaxın müddətdə Ankara Universiteti Tibb Fakültəsində həm təhsil aldım həm də çalışmış və müxtəlif Endoskopik müayinələri və fibroscan müayinəsini öyrənmişdir. Daha sonra bir müddət Stimul Hospitalda qastroenteroloq, hepatoloq və endoskopist kimi çalışmışdır. 2019-cu ilin may ayından etibarən Bursa Uludağ Universiteti Tibb Fakültəsində çalışmaqdadır və eyni zamanda yeni metodları öyrənməkdədir.Bir çox yerli və xarici konfranslarda, toplantılarda iştirak etmişdir. Azərbaycan, türk, ingilis, rus və alman dillərini bilir.
Comments