top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

Göyçə dağlarında gecənin qaranlığında, qarın içində, canavarların əhatəsində doğulan, şaxta vurmuş k



Ələmdar Cəfərov 1971-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Pediatriya fakultəsini bitirib doğma Kəlbəcərə təyinat aldı. İşə başladığı elə ilk gündən savadlı, bacarıqlı və qayğıkeş bir həkim kimi özünü tanıtdı. 1971-ci ilin dekabr ayının 1-dən Kəlbəcər şəhərində yerləşən və 1969-cu ildən yaradılmış Kəlbəcər şəhəri Uşaq xəstəxanasına baş həkimi təyin olundu...

Kəlbəcərdə kimin uşağı xəstələnsəydi yadına düşən, kömək istədiyi, harayına çağırdığı ilk növbədə Ələmdar Cəfərov olardı. Adətən uşaqlar həkimlərdən çox qorxurlar. Uşaqları sevgi ilə dindirməyin ustası idi. Olduqca qayğıkeş münasibəti ilə körpə qəlbləri bir andaca fəth edirdi. Uşaqlarla ünsiyyət qurmağı bacaran Ələmdar həkimi xəstə uşaqlar çox sevirdilər. O işlədiyi müddətdə neçə-neçə uşaqları ölümün pəncəsindən qoparıb alaraq ailələrinə sevinc bəxş etmişdi...

Kəlbəcər mühasirə illərində olarkən, Ələmdar həkim dinclik bilmədən, təmənna güdmədən bütün çətinliklərə sinə gərərək körpələrin sağlamlığı uğrunda qəhrəmancasına mübarizə aparırdı...

1992-ci ilin qışı olduqca sərt gəlmişdi. Hər gün sərhədlərə edilən düşmən hücumları azmış kimi, bir yandan da sanki təbiət kəlbəcərlilərin qəsdinə dayanmışdı... Yaşlı nəslin nümayəndələri 1992-ci ilin qışını 1942-ci ilin qışı ilə müqayisə edirdilər, deyirdilər ki, o vaxtlar da Kəlbəcərə qış belə sərt gəlmişdi...

Ermənilər Ağdərədə xətləri kəsib Kəlbəcərə elektrikin verilməsini dayandırmışdılar. Tərtər-Ağdərə-Kəlbəcər yolu bağlanmışdı. Murov yolu müntəzəm işləmirdi... Uçaq xəstəxanasının vəziyyəti dözülməz hala gəlmişdi, yanacaq olmadığından binanın istilik sistemi iflic olmuşdu. Ələmdar həkim düşünmədən yüngül xəstələri evlərinə göndərdi, gündə bir dəfə olmaqla gedib hər birinə şəxsən baş çəkməyə başladı... Otağının birini palataya çevirib ağır xəstələri isə öz evinə köçürdü...

Ələmdar Cəfərov körpələrin sağlamlığı keşiyində qəhrəmancasına dayanıb, ölümlə əlbə-yaxa mübarizəsində inamla çarpışırdı və bu savaşda daima qələbə qazanırdı. Qələbəsinin mükafatı bir körpə təbəssümü, bir ata fərəhi, bir ana sevinci olurdu. O gecəsini gündüzünə qatıb yoruldum demədən, istirahət etmədən, ölümlə pəncələşə-pəncələşə neçə-neçə körpələri həyata qaytardı. Xilas etdiyi körpələrin təbəssümü isə onun ən böyük mükafatı, yuxusuz gecələrinin bəhrəsi oldu...

Ələmdar həkimdən:-Yaddaşınızda ən çox qalan və daima xatırladığınız elə bir xəstəniz olubmu ki, unuda bilmirsiz?- deyib, soruşanda, belə cavab verir:

-1989-cu ilin yanvar ayında ermənilər qarlı bir qış günündə göyçəliləri doğma ev-eşiyindən silah gücünə qovmuşdular... Göyçəlilər 1918-ci ildə olduğu kimi, yenə də Göyçə dağlarını aşıb Kəlbəcərə üz tutmuşdular... Göyçə dağlarında, gecə, qaranlıqda, bir metirdən də qalın qarın içində, yalquzaq canavarların əhatəsində bir körpə doğulmuşdu...Düz bir ay o körpənin həyatı uğrunda gecəli-gündüzlü don vurmuş bədənlə mübarizə aparmalı olmuşdum. Allahın yardımı ilə körpəni ölümdən xilas edə bildim. İlk dəfə gözlərini açdı və danışdıranda üzümə baxıb gülümsədi... Bax, o körpənin üzümə zillənən həyat dolu gözlərini və gülümsər çöhrəsini unuda bilmirəm...

Mirvari Verdiyeva

ADPU-nun dosenti, fəsləfə doktoru


Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page