top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

"Ermənistanın iqtisadi blokadadan çıxışı yolu Qarabağ münaqişəsinin həllindən keçir” - POLİTOLO


18:00 | 22.09.2018


"Azərbaycan bütün beynəlxalq təşkilatlarda ən yüksək səviyyədə təmsil olunur. Həmin təşkilatlarda təmsil olunan heç bir ölkənin daxili işinə qarışmır, onların ərazi bütövlüyünü tanıyır. Bütün ölkələrdən və beynəlxalq təşkilatlardan da onun ərazilərinə hörmətlə yanaşılmasını, daxilini işinə qarışmadan, bərabər hüquq çərçivəsində münasibətlərini qurmağı tələb edir. Prezident İlham Əliyev ötən gün çıxışında bu fikirləri dilə gətirdi". Bu sözləri Publika.az-a açıqlamasında politoloq Ramiz Alıyev Prezident İlham Əliyevin Parlamentin 100 illik yubileyi ilə bağlı keçirilən tədbirdəki çıxışını şərh edərkən deyib. R.Alıyev bildirib ki, Azərbaycan dövləti beynəxalq tədbirlərdə Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və BMT-nin qətnamələri çərçivəsində həll edilməsini tələb edir və dünya ölkələrini bu fikirlərini dəstəkləməyə səsləyir. “Dünya ölkələri də bu qərarı, problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyirlər. Lakin Ermənistanın küçədən gələn və özünü lider adlandıran siyasi şoumen baş naziri Paşinyan sərsəm fikirləri ilə dünya ictimaiyyəti və beynəlxalq təşkilatları çaş-baş salıb. O, bütün beynəlxalq təşkilatlar və demokratik ölkələrin demokratiyasına qarşı hərəkət edir. Paşinyan həmin təşkilatların bəyanat və səsləndirdikləri fikirlərin, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yanlış olduğunu deyir və Dağlıq Qarabağın müstəqil dövlət olduğunu və Azərbaycanla danışıqlara getməli olduğunu bildirir. O bir tərəfdən Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıyır, digər tərəfdən oğlunu Qarabağda hərbi xidmətə göndərir. Paşinyanın gecə yuxusunda gördüklərini bəyanat kimi səsləndirməsinin səbəbi hakimiyyətə gəlmək üçün verdiyi vədlərə əməl edə bilməməsidir. Çünki o, əvvəldən ölkəni iqtisadi böhrandan xilas edəcəyini bildirmişdi. Ermənistanın böhrandan xilas ola bilməməsinin səbəbi iqtisadi blokadada olmasıdır. Ermənistanın blokadadan çıxması üçün Qarabağ problem həll edilməlidir. Təəssüf ki, Paşinyan bu istiqamətdə siyasət yürütmür, əksinə, hərbi bəyanatlar verməklə kifayətlənir”. Politoloq onu da əlavə edib ki, bu gün Ermənistanın hərbi gücü Azərbaycandan qat-qat aşağıdır. “Azərbaycanın yalnız hərbi sahəyə ayırdığı büdcə Ermənistanın ümumi büdcəsindən iki dəfə çoxdur. Bu il Azərbaycanda iki dəfə təşkil edilən hərbi paradlar ölkəmizin qüdrətini göstərir. Ermənistan isə bir neçə ildən bir parad keçirir ki, o zaman da daha çox xarici ölkələrin Ermənistanda yerləşdirilən silahlarından istifadə edir. Belə olan halda, Ermənistan Azərbaycanla necə müharibə edə bilər? Belə şəraitdə Paşinyanın bu cür bəyanatlar verməsi anlaşılandır. Çünki o, bir fiqurdur və ona tapşırılanları danışır. Onu hakimiyyətə gətirənlər idarə edir. Cənab Prezident İlham Əliyev dünən parlamentdə çıxışı zamanı onu da vurğuladı ki, 20 ildən artıqdır, Ermənistanı idarə edənlərin diktatura, kriminogen qüvvə olduğunu deyirdik. Bu gün artıq Ermənistan özü də Sarkisyan, Köçəryanın kriminogen qüvvə olduğunu anladığını bəyan edir. Bu gün həmçinin Paşinyan hakimiyyətinin Ermənistanı bataqlığa apardığını deyirik. Hələ ki, özündən əvvəlki hakimiyyətlərdə çalışmış məmurları həbs etməklə şou yaradır. Burada yeganə məqsəd vaxt udmaqdır. Dünən dünya ölkələrinin parlament və hökümət nümayəndələrinin Azərbaycana səfər etməsi, belə tədbirlərin keçirilməsi ölkəmizin dünya üçün əhəmiyyətini göstərir. Bu gün ölkəmizə gələn hər hansı təşkilat və ya turist terror hadisəsi yaşayacağından narahat olmur”. 

Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page